Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

“Sevimli Dad”ın bu kolbasaları sağlımlıq üçün təhlüklidir? -İLGİNC

“Sevimli Dad”ın bişmiş kolbasalarının tərkibində insan sağlamlığı üçün olduqca zərərli olan E250 qida əlavəsi var.

Yenixeber.org: Bu barədə “Neptun” supermarketlər səbəkəsi “Sevimli Dad” kolbasalarının kataloqunda məlumat yerləşdirib. Həmçinin bu barədə sözügedən firmanın kolbasalarının üzərində də qeyd edilib. Belə ki, “Sevimli Dad”ın qaymaqlı bişmiş kolbasa növü və S.D.Korona doktor/lubitelskaya bişmiş növlərinin tərkibində təhlükəli E250 maddəsi var.
Korona doktor/lubitelskaya bişmiş növün tərkibində mal əti, donuz piyi, nişasta, zülalstabilizatoru, quru süd, natrium-nitrit (E250), duz, ədviyyatlar olduğu qeyd edilib. Qaymaqlı bişmiş növün tərkibində isə yağlı və yağsız mal əti, toyuq əti, quru süd, nişasta, yumurta və ya melanj, natrium nitrit (E250), duz, ədviyyatlar olduğu yazılıb.
Digər qoruyuculardan nitrit və nitratlar emal edilmiş ət məhsullarında və balıqda rəng, qoxu, dad xüsusiyyətlərini qorumaq, mikroblara qarşı stabilliyin saxlanılması üçün tətbiq olunur. Nitritlərdən E250 (natrium nitrit) toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.
Əksər kolbasaların tərkibində olan E250 maddəsi insan orqanizmi üçün olduqca təhlükəli qida əlavəsi hesab edilir. Bu maddə özündə bir neçə təhlükəni, xəstəliyi birləşdirir. Belə ki, E250 qida əlavəsi xərçəng əmələ gətirən maddə hesab edilir. Həmçinin arterial təzyiqini və bağırsaq pozğunluğunu əmələ gətirən maddədir. E250 maddəsi həmçinin təzyiq yaradan qida əlavəlrindən biridir.(xalq.az)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“Sevimli Dad”ın bu kolbasaları


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam