Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı

 

Azərbaycan dilinin inkişafına töhfə məqsədilə “Diksiya Akademiyası” növbəti dəfə "Ana dilində hekayəni danış" adlı natiqlik çempionatını elan edir. Dördüncü dəfə keçiriləcək çempionat gənclərin natiqlik bacarıqlarını nümayiş etdirmələri və ana dilində özlərini ifadə etmələri üçün faydalı platforma təmin etmək məqsədi daşıyır.

Yenixeber.org: “Nar”ın əsas dəstəyi ilə üç ay ərzində davam edəcək "Ana dilində hekayəni danış" natiqlik çempionatında iştirakçılara hərtərəfli natiqlik təlimləri keçiriləcək və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaq. Müsabiqənin şərtləri barədə ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz.

“Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə fəal töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az  səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam