Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yuxusuzluğun çarəsi: xiyarı çarpayının yanına qoysanız...

 

Xiyar insan sağlamlığına faydaları ilə tanınan tərəvəzlərdən biridir. Yüksək miqdarda su ehtiva etdiyi üçün orqanizmə olduqca faydalı olan bu tərəvəz yay aylarında susuzluğu aradan qaldırır və arıqlamağa kömək edir.

Yenixeber.org xəbər verir ki, ancaq son zamanlarda sosial şəbəkələrdə xiyarın sağlamlığa daha bir faydası gündəmdədir. Belə ki, bir ədəd xiyarı dilimləyərək çarpayının yanına qoymağın inanılmaz müsbət təsirləri olduğu iddia edilir.

İddialara görə, xiyar gecə yatağın yanına qoyulduqda sağlamlıq üçün fərqli təsir yaradır.

Sağlam bir bədən üçün yaxşı gecə yuxusu vacibdir. Çox vaxt stress, müxtəlif sağlamlıq problemləri və bəzən də istidən yata bilmirik. Həyat keyfiyyətini aşağı salan pis gecə yuxusu bütün günə mənfi təsir edə biləcək səbəblərdən biridir.

Sosial şəbəkələrdə bəzi ekspertlər gecələr yaxşı yata bilməyənlərə xiyarın qoxusundan yararlanmağı məsləhət görürlər. Bu üsul sayəsində gecələr rahat yatıb günə daha enerjili başlamaq mümkündür. Bunun üçün sadəcə xiyarı soyub nazik dilimləmək və qaynar su ilə dolu bir qaba qoymaq lazımdır. Həmin qabı yatağın yanına qoyun.

Xiyarın tərkibindəki qida maddələri qaynar suya keçir və su buxarlanmağa davam etdikcə bunlar havaya qarışırlar. Beləliklə, xiyarın ətri bütün otağa yayılır. Bu ətir gərginliyi aradan qaldırır və gecələr rahat yatmağa imkan yaradır.(Medicina)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam