Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Həyatımızın QAÇILMAZ PROBLEMİ –Stresdən necə uzaq OLAQ?

 

Stres gündəlik həyatın ayrılmaz hissəsidir. İş yerindəki təzyiqlər, ailəvi məsuliyyətlər, maliyyə problemləri, şəxsi münasibətlər, bütün bunlar insanın psixoloji və fiziki sağlamlığına təsir edir. Stres insan orqanizmində müxtəlif reaksiyalara səbəb olur ki, bu da həyat keyfiyyətinə, iş qabiliyyətinə və ümumi əhval-ruhiyyəsinə təsir göstərir.

Yenixeber.org: Bəzən yersiz yerə əsəb, gərginlik və stres keçirə də bilirik. Bütün bunlar sağlamlığımıza ciddi təhdiddir və çox hallarda ciddi xəstəliklə belə nəticələnən fəsadlara yol açır. 

Dünyada heç bir həkim sırf stresin müalicəsi üçün konkret bir müalicə kursu müəyyən etməyib. Çünki stres hansısa xəstəlik kimi təkcə dərmanla müalicə olunmur. Stresə düşmək nə qədər asandırsa stresdən çıxmaq da bir o qədər çətindir.

Bəs stresdən qurtulmaq üçün nələr etmək lazımdır?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, stresdən qurtulmaq üçün sağlam həyat tərzi formalaşdırmaq lazımdır:

“Yəni ilk növbədə idman etmək, erkən yatıb, tez durmaq, düzgün qidalanmaq, keyfiyyətli musiqi dinləmək, teatra getmək, ətrafımızı toksik, bizə zərər vuran, geri salan insanlardan təmizləmək lazımdır. 

Ancaq bizə müsbət təsir edən, tənqidi belə inkişafımıza səbəb olan insanlarla ünsiyyətdə olmalıyıq. Ən çox da ətrafın təmizlənməyi vacibdir. Bununla yanaşı, xarici ölkələrdə olduğu kimi həftədə bir dəfə psixoterapiya seanslarına getmək lazımdır. Onda problemlər toplanmır və stres kimi partlayışlar olmur”. 

Psixoloq bildirib ki, zərərli stresə distres deyilir:

“Distres artıq orqanizmin tükənməyidir. Yəni belə olan halda tükənmişlik sindromu yaranır. Əgər insanlar vaxtında psixoloqa müraciət etsələr, psixoterapiya seansları götürsələr, onlarda ağır problemlər yaranmaz və dərman vasitələrini qəbul etmələrinə ehtiyac qalmaz”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam