Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycanda qadınların pensiya yaşı -ARTIRILIR

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir.

Yenixeber.org-un məlumatına görə, ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha altı ay artırılacaq. Bununla da 2024-cü il iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan yaş tələbi 64 olacaq.

Rəsmi məlumata görə, bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam