Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Prezidentlərin rəssam-fotoqrafının “Bank Respublika”ya yatırdığı əmanəti batdı –Şikayət/VİDEO

“Bank Respublika”ya yatırdığı əmanəti batdı – Şikayət(VİDEO)

2008-ci ildə “Bank Respublika”ya 5 min manat əmanət yatıran Bakı şəhər sakini Cəfərov Tahir Tağı oğlu bankdan pulunu geri ala bilmir. “Bank Respublika”dan ona bildiriblər ki, pulu batıb.

Yenixeber.org: Şikayətçi tanınmış rəssam-fotoqraf, prezidentlərin rəssam-fotoqrafı olan Tahir Cəfərovdur. O bildirib ki, 16 il əvvəl banka yatırdığı pul səbəbsiz yerə batıb:

“ “Bank Respublika”ya 2008-ci ildə 5 min manat pul qoymuşam. Üstündən 16 il keçib. İndi bankdan pulumu ala bilmirəm. Mənə deyirlər ki, bu pul batıb gedib. Pulu qoyanda mənə “Bank Respublika”dan əmanət kutabçası da verdilər və indiyə qədər də onu saxlamışam. İndi gətirib özlərinə verirəm. Deyirlər, pul yoxdur, batıb.
Mərkəzi Banka da müraciət etmişəm. Ordan da deyirlər ki, pulunuz batıb. Deyirlər, gərək vaxtında gəlib pulunuzu alardınız. Gəlib aparmamısız deyə pul batıb. Deyirəm, mənə bu barədə bildiriş verməmisiniz ki, gəl pulunu apar. Əgər belədirsə, pulun bankdan qalması təhlükəlidirsə, qadağandırsa, mən gedib başqa banka qoyardım pulumu. Bu müddət ərzində qoyduğum pulun faizini də almamışam.
Pulum etibarlı yerdə qalsın deyə qoymuşdum banka ki, qocalanda lazım olar. İndi qocalımışam və bu pul mənə lazımdır. Mən bankdan öz pulumu almaq istəyirəm, borc götürmürəm, pul istəmirəm ki. Öz pulumu geri istəyirəm. Ancaq ala bilmirəm. Səbəb də odur ki, mən guya pulumu gec götürdüyüm üçün pulum batıb”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar, Tribunainfo



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam