Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Göyçay şəhəri 2 nömrəli körpələr-evi uşaq bağçasının müdiri oğurluq edir? -VİDEO

Vəzifəli şəxs iş yerindən oğurluq edir? (İDDİA/VİDEO)
Göyçay şəhərində 2 nömrəli körpələr-evi uşaq bağçasında özbaşınalığın hökm sürdüyü iddia olunub.
Yenixeber.org: Həmin bağçada çalışan sanitar-dayə Günel Əkbərova iddia edir ki, bağçanın müdiri Kəmalə Abbasova Nar bayramı ilə əlaqədar əl işlərinin hazırlanması üçün işçiləri hədələyərək 30 manat məbləğində pul yığır.
Şikayətçi onu da vurğulayıb ki, Kəmalə Abbasova bağçaya müdir təyin olunduqdan sonra onun iş saatını da azaldıb və əvvəlki iş yerində qalması üçün rüşvət tələb edib. Bağça müdirinin qanunsuz hərəkətlərindən biri isə Günel Ələkbərova tərəfindən lentə alınan bağçadan ərzaq oğurluğu hadisəsidir.
Məsələ ilə bağlı sözügedən körpələr-evi uşaq bağçasının müdiri Kəmalə Abbasova bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır:
"61 yaşım var, 40 ildir bu sahədə çalışıram. Hər il eyni qaydada Nar bayramı keçiririk. Bir nəfər deyə bilməz ki, mən rüşvət alıram".
Mərkəzi Aran Regional Təhsil İdarəsinin aparıcı-məsləhətçisi Rüstəm Aslanov bildirib ki, hazırda sözügedən bağçada baş vermiş neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılır.
Daha ətraflı "ATV Xəbər"in süjetində:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam