Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Dəmiri dələn adam - FOTOLAR

Köhnələr gedir, yenilər gəlmir

Yenixeber.org: Tornaçı sənəti xüsusi qabiliyyət, savad tələb edən peşələrdəndir. Yaxşı tornaçı metalın tərkibini, ölçüləri, hesablamaları və çetryoju bilməli, bunu eynilə dəzgahda da tətbiq etməlidir.

Bir zamanlar onların əməyi olmasa, heç bir texnika davamlı işləyə bilməzdi. Artıq zavodların bir çoxu rəqəmsal idarə edilən torna dəzgahlarına keçdiyi üçün, sovetdən qalma dəzgahlara da maraq azalıb. Bu dəzgahlarda işləyən insanlar ya kiçik qarajlarda, ya da fərdi şəkildə çalışmağa üstünlük verirlər.

Həmsöhbətimiz, Qazax rayon Kosalar kənd sakini, 64 yaşlı Vaqif Orucov da fərdi olaraq sənətini davam etdirir. Ömrünün 40 ildən çoxunu bu sənətə həsr edən Vaqif usta tornaçılara ehtiyacın azaldığını deyir.

“Əvvəllər xüsusi texnikaların əksər detallarını biz hazırlayırdıq. İndi mağazalarda hər şey tapılır. Ona görə “tokar”ın da işi azalır. Köhnə texnikalar sıradan çıxıb, yenilənib. Yenilər o qədər xarab olmur. O da işə təsir edir. Amma tapılmayan, yaxud daha keyfiyyətli detal istəyən olanda yenə bizi axtarırlar”, - deyə müsahibimiz bildirir.

Orucovun sözlərinə görə, mağazalarda satılan detallar keyfiyyətsiz, yumşaq dəmirdən hazırlandığı üçün daha tez sıradan çıxır. Belə olan vəziyyətdə, həmin detalları yenidən tornaçıların yanına gətirərək hazırladırlar.

“Bu detalları hazırlamaq üçün müasir dövrdə istehsal olunan materiallardan istifadə etmirəm. Detalın dözümlü olması üçün sovet dövründən qalma keyfiyyətli metallarla üstünlük verirəm”, - deyə usta vurğulayır.

İş az olsa da, sənətkar boş dayanmır. Hər gün işə çıxmaqla 5-10 manat çörəkpulunu qazanır.(AYNA)

Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam - Dəmiri dələn adam -
 İlham Mustafa

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam