Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Göygöl İcra Hakimiyyətinin şöbə müdiri vətəndaşın yolunu kəsib - "İcra başçısı da onun tərəfini saxlayır"-VİDEO

Göygöl İcra Hakimiyyətinin şöbə müdiri vətəndaşın yolunu kəsib - "İcra  başçısı da onun tərəfini saxlayır" / VİDEO

Göygöl rayonu, Turan Qurbanov kuçəsinin sakini Rüstəmov Akif Xaliq oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazov onun yolunu zəbt edib:

“Mən, Rüstəmov Akif Xaliq oğlu, bildirmək istəyirəm ki, 2020-ci ildən yuxarıda qeyd etdiyim ünvanda  yaşayıram. 4 ildir maşınımı öz həyətimə sala bilmirəm. Səbəb isə Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovdur.

Adını çəkdiyim şəxs qanunsuz olaraq mənim evimin qabağındakı yolu zəbt edib. Həmin şəxsə başqa bir yerdən əlavə torpaq verilməsinə baxmayaraq, 2 küçəni zəbt edərək vəzifəsindən sui-istifadə etmişdir. Rayonun icra başçısı və memarı da vəzifə sahibi olan Arizin tərəfini saxlayır. Başçının qəbulunda olmuşam, problemimi bildirmişəm. Mənimlə birgə yolun bağlanmasına narazı olan qonşum da yanımda olub. Memar deyir ki, cığır oldu bəsdir də. Memarın özünün evinin qarşısı, yolu kəsilsə, götürərmi? Bura dağ kəndi deyil ki, çığırlar olsun. Mənə yol göstərirlər ki, sən dünənki uşaqsan, darvazanı sök, dəyiş.

Mən bu qədər özbaşınalığın qabağında aciz qalmışam".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI, Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam