Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ünsiyyət hər kəs üçün : indi jest dilini öyrənmək daha rahat oldu- FOTOLAR

 

“Nar” ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” saytı tam yeniləndi. İlk elektron jest dili lüğəti, nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir.

Yenixeber.org: Saytın yeni versiyasında 4000 sözün video tərcüməsi ilə yanaşı, gündəlik həyatda istifadə edilən 500 cümlə  nümunəsi də təqdim edilib. İstifadəçilərin rahatlığını təmin etmək üçün “jestdili.az”ın interfeysi də təkmilləşdirilib. ADA universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbələri saytın müasir dizayn, yenilənmiş axtarış sistemi və bir çox digər funksiyalarla zənginləşməsini təmin ediblər.

“Ünsiyyət hər kəs üçün” adlı konfransda “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Əziz Axundov qeyd edib ki, “jestdili.az” saytındakı son yeniliklər bu resursun əhatə dairəsini genişləndirəcək. “Biz müştərilərimizə ən yaxın mobil operator olmaqla yanaşı, ünsiyyət məhdudiyyətlərini aradan qaldırmağı hədəfləyir, daha inklüziv cəmiyyətin qurulmasına dəstək oluruq”, - deyə Əziz Axundov vurğulayıb.

Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam