Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəlilabad meşələrində “Qırmızı Kitab”a düşmüş ağaclar məhv edilir –300 min manatlıq paya biznesi (FOTO, VİDEO)

Cəlilabad meşələri - Baku TV | Baku.TV
11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşələrin kütləvi məhv edilməsi bağlı yeni faktlar qeydə alınıb.

Yenixeber.org: Cəlilabad sakinlərinin redaksiyamıza təqdim etdiyi görüntülərdən məlum olur ki, təbiəti qorumalı olan ekologiya işçiləri yaşıllıqların məhvində birbaşa və ya dolayı yollarla iştirak ediblər.
Belə ki, Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında adları “Qırmızı Kitab”a düşmüş və digər ağac cinsləri kəsilib. Əksər kəsilən ağacların üzərinə izi itirmək üçün torpaq çəkiblər.
Həmin görüntüləri təqdim edirik:





Həmçinin, Cəlilabad meşələrindən adları Qırmızı Kitaba daxil edilmiş ağac cinslərindən olan azat ağacından müxtəlif ölçülərdə payalar kəsilərək Cəlilabad və Masallıda çiyələklə məşğul olan sahibkarlara satılır.
Şikayətçilərin iddiasına görə, 2 metrlik paya 2 manat, 70 sm-i isə 1 manata satılır. Paya biznesindən ildə 300 min manata yaxın pul qazanıldığı bildirilir.

Başqa bir qanunsuz qırıntı sahəsi Göytəpə meşəbəyliyinin 11 saylı dolayında qeydə alınıb. Şikayətçi tərəfindən çəkilən görüntülərdə iddia olunur ki, meşə gözətçisi meşələrə qənim kəsilsə də, müraciət etdiyi müvafiq qurumlar indiyə kimi heç bir tədbir görməyib.

Həmin görüntüləri təqdim edirik:

 "AzToday.az"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam