Erməni hay-küyü: Hadrutda “dağıdılan” kilsəyə baxın -FOTOFAKT
Bir neçə gündür erməni mediası Hadrut ərazisində olan kilsənin dağıdılması ilə bağlı hay-küy salıblar. Halbuki “Surb Sarğis kilsəsi” kimi qələmə verilən qədim Alban kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur.
Yenixeber.org xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, bu kilsənin memarlıq üslubu və tikilməsinin ermənilərlə hər hansı bağlılığı olsaydı, 30 illik işğal dövründə kilsədə bir restavrasiya işi aparardılar, təmir edərdilər:
“Ən azından orda bir yazı lövhəsi qoyardılar ki, bu erməni kilsəsidir və tarixi budur, üzərində naxışlar ”erməni memarlığı”na aiddir. Etməyiblər. Eyni zamanda kilsə qanunlarına görə onun ətrafında heç bir tikili ola bilməz. Ancaq 30 il ərzində ermənilər divarın yan tərəfindən təsərrüfat tikilisi əlavə ediblər ki, bu da dini ibadət yerinə və tarixi abidələrə münasibətdə qəbulolunmazdır. Həmçinin 30 illik işğal dövründə bir dini ayin belə bu kilsədə icra edilməyib. Əvəzində içərisində anormal şəkillər çəkib, yazılar yazıblar (Sübut kimi foto əlavə edilir)”.
Alim xatırladıb ki, bu kilsə birbaşa Alban xristian tarixinə aiddir:
“Hadrut qəsəbəsində X-XII əsrlərə aid kilsələr var. Burada ən böyük kilsə Çinarlı kəndindəki “Ağ xaç” kilsəsidir. Müqəddəs Məryəm ana və Hünərli kəndindəki kilsələrin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsinin təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var. Həmçinin erməni Qriqoryan kilsəsinin simvolları var. Əgər ermənilər bunu Qriqoryan kilsəsi hesab edirlərsə, onlara aid olmayan elementlər və simvollar orda nə gəzir?
Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, Alban kilsəsinə aid simvol və elementlər qalıb. Qarabağ və Zəngəzur ərazilərində əslində demək olar ki, hər kənddə belə qədim kilsə və monastır mövcud olub. Otuz ilə yaxın işğal dövründə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilib, tikililər üzərində olan və tarixi sübut kimi qiymətləndirilən memarlıq elementləri və epiqrafik nümunələr dağıdılıb.
Ermənilərin iddia etdikləri, guya erməni kiləsi olan bu qədim Alban məbədi Tuğ kəndinə aid olan Susanlıq kəndində yerləşir. Bu kəndin əhalisinin Rusiya və Sovet dövründə çoxunu Cənubi Azərbaycandan bura köçmüş Zuzanlı tayfası təşkil edib. Zuzandan gələnlər zuzanlı kimi də tanınır bu kənd, sonradan Susanlıq adı alıb.
Burada iki qədim Alban kilsəsi olub. Birincisi Yeddi Qapı Monastırı adlanır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Azərbaycan xalq əfsanələrinə görə, bu kilsə döyüşdə öldürülən 7 qardaşın xatirəsinə tək bacıları tərəfindən yaradılıb. Memarlıq quruluşuna baxanda - kilsənin yeddi apsidası ilə əlaqəli olması xalq əfsanəsinə inamı artırır.
Lakin ermənilərin iddia etdikləri kilsə bu ərazidə olan ikinci Alban kilsəsidir. Ermənilər saxtakarlıq edərək hər iki kilsəyə qədimliyi sübut olunmayan iki xaçdaş əlavə ediblər. Bu xaçdaşlara baxan kimi onun materialı və yazı üslubundan məlum olur ki, onların nə X, nə V, nə də XII əsrlərə aidiyyəti var. Saxta daşları gətirib qoyublar hər iki kilsəyə və iddia edirlər ki, guya bura ermənilərə məxsusdur. Amma onların yalanı və saxtakar iddiaları anında sübut edilir.
Bəs bu kilsə nə zaman tikilib?
Bu abidə eramızın 570-ci ilinə aiddir. Memarlıq sırf Alban kilsə memarlığına aiddir. Alban memarlığında tetrakoxun iki fərqli formada dairəvi məbəd şəklində tətbiqi, dörd yarpaqlı planın artıq sadə formalarda olması məlumdur. Bu cür memarlıq üslubu həmçinin Ləkit Monastırında da özünü göstərir.
Kilsənin inşaat texnikası əksər Alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır. Kilsə qərb tərəfdə yerləşən bir girişə malik olmuşdur. Erməni kilsələrində isə daima iki giriş və bır əlavə gizli çıxış olub.
Dəyərli tədqiqatçı Faiq İsmayılov orda araşdırma aparıb və məlum olub ki, abidənin arxa, sağ tərəf yan və qarşı divarlarına, abidənin landşaftına ciddi müdaxilələr edilib, abidənin mühafizə sahəsi ermənilər tərəfindən tamamilə məhv edilib. Bununla yanaşı, abidənin giriş qapısının tağı, abidənin daxilindəki tağın mərkəzi hissəsi üzərində erməni və rus dillərində adam adları, müxtəlif rəqəmlər və nalayiq ifadələr yazılıb, cənub divar sökülərək oradan pəncərə açılıb: Bu da onu göstərir ki, Susanlıq kəndindəki bu abidə ermənilər tərəfindən hətta son 30 ildə ibadət yeri, yəni kilsə kimi istifadə edilməyib. Bu da onu göstərir ki, Ermənistan tərəfindən yayılan məlumat dezinformasiya xarakterlidir, yalandır.
Bəs niyə ermənilər Alban kilsələrinin simvol və elementlərini məhv edirlər?
Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar Alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.
Birinci Qarabağ müharibəsi dövründə ermənilər qəsdən bu qədim Alban kilsələrini hədəfə alıb top və raketlə dağıdıblar. Sonra isə guya Azərbaycan Ordusu bunu edib deyə, erməni diasporuna müraciət edib milyonlarla dollar pul alıb, böyük hissəsini mənimsəyib, əvəzində təmir adı ilə Alban memarlığında olan kilsələri erməniləşdirməyə cəhd ediblər. 70 faiz buna nail olsalar da, kilsələrin tikilişi forması və onun quruluşunu dəyişmək ağıllarına gəlməyib.
Kilsələrə baxan kimi dərhal bilinir ki, bu tikililər o dövrdə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri gündoğan tərəfədir. Erməni kilsələrinin əsas qapısı və pəncərələri elə tikilir ki, ora Günəş şüası düşməsin. Çünki onlar işığa yox, zülmətə xidmət ediblər. Çox az adam bilir ki, ermənilər öz kilsələrində şeytana ibadət məqsədilə insan qurbanları kəsiblər. Buna görə də qapı-pəncərələri qaranlıq olan tərəfə tikiblər ki, onları görən olmasın.
Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü Alban xaçlarında da özünü göstərir.
Birbaşa ermənilər “Münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin pozulmasının bir-bir üzə çıxmasını bilirlər və Azərbaycan dövlətinin onlardan buna görə təzminat ala bilmək hüququna malik olmasını görərək belə yalançı hay-küy salıblar”.(Kult.az)