Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Dünyada narkomanların sayı 296 milyona çatıb-UNODC

Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb. 2011-ci ildə bu rəqəm 240 milyon nəfər təşkil edib.

Yenixeber.org:  Bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb.

Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.

Narkomanların sayının artması dünya əhalisinin qismən artımı ilə izah olunsa da, əsas amil ucuz, asan və sürətli istehsalı sayəsində bir çox qeyri-qanuni bazarları kökündən dəyişdirən sintetik narkotiklərin bumudur.

Hesabatda bildirilib ki, gənclər ən həssas qrup olaraq qalır. Afrikada narkomaniyadan müalicə alanların 70 faizi 35 yaşdan aşağıdır. Bununla belə, dünyada insanların yalnız 20 faizi narkotik vasitələrdən müalicə alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam