Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Nəmləndirici kremlər körpələrdə bu riski artırır -ANALARIN NƏZƏRİNƏ

 

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər.

Yenixeber.org: “Allergy and Clinical Immunology” jurnalında dərc edilən yeni araşdırmanın nəticələrində qeyd edilib ki, bu allergiyanın inkişafı ilə əlaqəli ekzema kimi dəri xəstəliklərinə də yol aça bilər.

1300-dən çox körpə üzərində aparılan tədqiqatda hər həftəlik əlavə nəmlənmənin qida allergiyasının inkişafını 20 faizə qədər yüksəltdiyi bildirilib.

Araşdırmanı həyata keçirən London Corc Universiteti və London Kral Kollecinin alimləri qeyd ediblər ki, nəticələrə əsasən, nəmləndirici kremlərdən istifadəni tamamilə dayandırmaq lazım olduğu fikri də yanlışdır. Sadəcə bəzi nəmləndiricilər dəri baryerinə zərərli təsir göstərərək, allergenlərin dərinin immun sistemi ilə daha asan təmasda olmasına səbəb ola bilər.

Tədqiqat qrupunun uşaq allergiyası mütəxəssisi Maykl Perkinin fikrincə, nəmləndiricilərdən istifadənin normasını tapmaq problemin həllində əsas faktor hesab edilir. Bundan əlavə, körpələrə nəmləndirici tətbiq etməzdən öncə valideynlər mütləq əllərini yumalı və daha sonra onların qidalarına da bu şəkildə əl vurmamalıdırlar.

Xüsusilə allergiyaya meyilli körpələrdə daha diqqətli olmaq lazımdır.

Tədqiqatın müəlliflərindən biri olan dermatoloq Carsten Flohr bildirib ki, nəmləndiricilər ilə qida allergiyası arasında əlaqənin daha dəqiq tapılması üçün ciddi araşdırmalar aparılmalıdır. Amma ilkin tədqiqat bu əlaqənin olduğunu ortaya çıxarıb. Bundan sonrakı araşdırmalar bu əlaqənin qarşısını almaq və müalicə üsullarını aşkarlamaq üçün həyata keçirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam