Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Laçının daxili yollarının bərpası yaxın müddətdə yekunlaşdırılacaq"-AAYDA

 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Laçın şəhərinin daxili yollarının bərpasını yaxın müddətdə yekunlaşdırmağı planlaşdırılır.
Yenixeber.org:  Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci il tarixində təməli qoyulmuş Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri icra olunur.
İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26,512 milyon kubmetr, tökmə işləri isə 1,956 milyon kubmetr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73 metr, tökmənin orta hündürlüyü isə 14 metrdir.
Layihə üzrə 162,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində partlayış işləri, 859,8 min kubmetr qaya tipli süxurların mexanizmlə qazılması, 5,04 milyon kubmetr həcmində isə torpaq qazma işləri aparılıb.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanından Laçın şəhərinə qədər olan məsafə 38,1 kilometr, Şuşa şəhərinə qədər olan məsafə 75 kilometr, Kəlbəcər şəhərinə isə 59,2 kilometr təşkil edəcək.
İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən hava limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam