Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Dəyirmi Masa keçiriləcək -FOTO

 "Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" 
mövzusunda Dəyirmi Masa həyata keçiriləcək
Yenixeber.org: 25 aprel 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Evafarm MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.
Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəylinin iştirakı ilə həyata keçiriləcək Dəyirmi Masada mamalığın aktual problemləri, o cümlədən perimenopauzal və menopauzal dövrdə qadınlarda sıx rast gəlinən ginekoloji problemlər barədə təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Dəyirmi Masada əyani iştirak dəvətnamə əsasında, distant iştirak isə qeydiyyat əsasında həyata keçiriləcək. 
İştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Qeydiyyat linki: 
https://us06web.zoom.us/webinar/register/WN_3k1sPk3ISkO2awbKynynew#/registration


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam