Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əli Həsənov mediaya "od püskürür":bu dəfə məhkəmə qaçılmazdır…

Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – SENSASİON İDDİALAR
Yenixeber.org: Həyatın ironiyasına bir bax... Üç il əvvələ qədər Azərbaycan mediasını yönləndirən prezidentin sabiq köməkçisi Əli Həsənov bu gün "yalan xəbərlər" səbəbindən "od püskürür": oğlu Şamxal Həsənli ilə bağlı yazılar Əli müəllimin səbrini əməllicə daşırıb, məhkəmə qaçılmaz olub... 
Bu haqda cənab Həsənov FB səhifəsində yazıb:
"Təəssüf, çox təəssüf!
Azərbaycan cəmiyyətində “yalan xəbərlər makinası” kimi ad-san çıxarmış “Demokrat” adlı sayt bu gün ailəm haqqında- oğlum Şamxal Həsənli ilə bağlı özünün növbəti çirkin şaiyəsini uydurmuş və “vacib xəbər” bölümündə yaymışdır… Həmin çirkin materialı həmişə olduğu kimi, dərhal Gündəlik Bakı, Konkret, Bizim Media, Manşet və s. kimi eyni xislətli “xəbər saytları” da tirajlamışlar…
Qəribədir, çoxuna maliyyə yardımı ayırdığı və dövlət reyestrindən keçirdiyi bu saytların belə uydurma məlumatlarını MEDİA monitorinq etmirmi? Azərbaycan vətəndaşları haqqında mütəmadi olaraq yalan və böhtanlar uyduraraq tirajlayan bu tipli saytlar nəyə görə dövlətdən maliyyə yardımı almalıdır? Təəssüf, görünən odur ki, bu dəfə məhkəmə qaçılmazdır…
Quruculuğunda Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə çiyin-çiyinə 25 il mənim də iştirak etdiyim və bu gün İlham Əliyev kimi qlobal düşüncəli şəxsiyyətin rəhbərlik etdiyi Azərbaycanda yerli media tərəfindən vətəndaşların hüququna belə sayğısız münasibətə sadəcə yol verilə bilməz! Azərbaycan vətəndaşını, öz qabiliyyəti və istedadı ilə ölkəmizdən kənarda uğur qazanan, sayılan-seçilən insanları, xüsusən də gənc nəslin nümayəndələrini bu cür ucuz yalan və uydurma “xəbərlərlə” nüfuzdan, hörmətdən salmaq birbaşa Azərbaycana və azərbaycanlılara qarşı xəyanətdir!
Mənim oğlum Şamxal Vasif xislətli insanların adını belə düzgün tələffüz edə bilməyəcəyi, ABŞ-ın və dünyanın ən nüfuzlu beş universitetindən sayılan Kolumbiyanın məzunudur və hazırda da məşğul olduğu sahədə kifayət qədər hörmət və nüfuza malikdir. Kimin övladı olmasından asılı olmayaraq Vasif tipli “jurnalistlərdən” fərqli olaraq mən istedadlı və qabiliyətli azərbaycanlı gənclərlə fəxr edirəm!"

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam