Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” Müştəri Loyallığı İndeksində liderdir -ardıcıl 4 ildir

Yenixeber.org: 2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator “Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur. Artıq ardıcıl dördüncü ildir ki, “Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.

Bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb; “Cavannar 6” və “Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, “Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 “Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də, 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. “Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.
“Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün “Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən “Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə“LingoKids” və “FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.
Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb saytından və “Nar”ın 
sosial media səhifələrindən öyrənə bilərsiniz. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam