Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abşeron səhiyyəsində Azər İsmayılovun "islahatı" - Diabet xəstələri dərmanlarını niyə ala bilmir? -ŞİKAYƏT

 
Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dəyişilsə də, burada xidmət səbiyyəsi dəyişməyib, əksinə, yeni direktorun apardığı bəzi dəyişiklər insanların işini daha da çətinləşdirib.
Yenixeber.org: Bu barədə redaksiyamıza verilən məlumatda deyilir.
Məlumata görə Azər İsmayılov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildikdən sonra ilk işi qeydiyyat şöbəsinin yerini dəyişmək olub:

"Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor gəldikdən bir müddət sonra qeydiyyat yerini dəyişdi. Əvvəllər qeydiyyat sırası 5-6 cərgə üzrə olardısa indi xəstəxanaya gələn insanlar bir cərgədə dayanır. Nizam-intizamsızlıq, sıxlıq olur. Bura gələn insanlar əyləncəyə gələn gənclər deyil ki, uzun müddət ayaq üstə dayana bilsinlər. Əksəriyyəti xəstə adamlardı, belə sıxlıqda cərgədə dayanan sağlam adam da hansısa xəstəlik tapa bilər."
-deyə, yazırlar. 

Abşeron RMX-da ödənişli xidmətlər üçün alınan pulların 1-2 saatdan bir hansısa mülki şəxs tərəfindən toplandığı deyilir:
"Abşeron Rayon Mərkəzi Xəstəxanasında bəzi xidmətlər ödənişlidir. Bu xəstəxana elə bil "sağlamlıq arayışı" satmaqla məşğuldur. Bir sağlamlıq arayışı 40 manata verilir. Ödənişləri 1-2 saatdan bir gəlib insanların gözü qarşısında yığıb aparırlar. Sanki, o pullar iş gününün sonunadək xidmət göstərənlərin seyfində qalsa kimlərsə oğurlayacaq".
Abşeronda xəstəxanasında diabet xəstələrinə dərman preparatlarının vaxtlı-vaxtında verilmədiyi vurğulanır:
"Diabet xəstələri üçün dövlət təminatı ilə verilən dərman preparatları və digər tibbi ləvazimatlar da düzgün qaydada verilmir. Dərman almağa gələndə bəzən rayon poliklinikasından bizə dərmanların qurtardığı deyilir. Məcbur qalıb həmin dərmanları apteklərdən pul ilə alırıq. Halbuki qeydiyyatda olan hər bir diabet xəstəsi üçün dövlət büdcəsi hesabına dərman və digər tibbi ləvazimatlar alınır. Amma bu dərman və ləvazimatlar hara yoxa çıxır bilmirik. Bütün bunlar azmış kimi, bu yaxınlarda poliklinikada fəaliyyət göstərən endokrinoloqların yerinin dəyişdirilməsi də xeyli diabet xəstəsini daha acınacaqlı duruma salıb. Rayonun ən ucqar kəndlərindən Xırdalana dərman dərman almağa gələn şəkər xəstələri geriyə dərmansız qayıdır".-deyə, şikayət məktubunda qeyd edirlər. 
Şikayətçilər yazır: "Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovdan xahiş edirik, əgər görüntü naminə yox, həqiqətən də yenilik etmək, TƏBİB rəhbərliyinin ona olan etimadını doğrultmaq istəyirsə Abşeron rayonunda olan diabet xəstələrinin siyahılanması işini aparsın. Əksəriyyəti yaşlı olan, yeriməyi belə bacara bilməyən insanların süründürməçiliyinə son qoysun. Abşeron rayonu çox böyük rayondur. Elə diabet xəstələri var ki, dərmanlarını almağa 3-4 avtobus dəyişərək gəlirlər. Rayonun hər bir kəndində tibb məntəqəsi, laboratoriya var. Olmazmı bu insanlar dərmanlarını yaşadıqları yerdə, yaxud ona daha yaxın olan dövlətin tibb müəssisələrindən alsınlar. Axı Azərbaycanın ən ucqar rayonlarında bu sistem var". 
Qeyd edək ki, Azər İsmayılov ötən ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. 
TƏBİB xəbərə mövqe bildirməyib.(qlobal.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam