Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ucarda sağlamlıq haqqında arayışın qiyməti 600 manatdır?! -ŞİKAYƏT

Ucar rayon xəstəxanasının baş həkimindən şikayətlər bitib tükənmir - ŞİKAYƏT
Yenixeber.org: Redaksiyamıza Ucar şəhəri Mirbəşir Qasımov küçəsi ev 5 sakini Behbudov Seymur Əbdüləhəd oğlunun müraciəti daxil olub. Müraciətdə deyilir:
"Bu şikayətimdə yazıb bildirirəm ki, ruhi xəstə olan qardaşım Behbudov Səbuhi Abduləhəd oğluna sağlamlıq arayışı almaq üçün Ucar rayon xəstəxanasında bizdən 600 manat pul alındı.
Belə ki, qardaşım Səbuhi Behbudov ruhi xəstədir. Ona sürücülük vəsiqəsi almaq üçün sağlamlıq haqqında arayış almağa görə Ucar rayon xəstəxanasına getdik. Orada bu işə baxan həkim Oktay İsgəndərov bizə bildirdi ki, ruhi xəstəyə sürücülük vəsiqəsi alamq üçün tələb olunan sağlamlıq haqqında arayışın verilməsi üçün direktor Zeynal Bayramlı qiymət qoyub 600 manat pul verməlisiniz, yoxsa baş həkim arayışa imza etməyəcək. Oktay həkim onu da vurğuladı ki, sağlamlıq haqqında arayış olmasa qardaşına sürücülük vəsiqəsi verməyəcəklər.  Biz də əlacsız qalıb çox get-gəldən sorğu-sualdan sonra baş həkim Zeynal Bayramlıya çatdırılması üçün həmin 600 manat pulu Oktay İsgəndova verdik. 
Bundan sonra qardaşım Səbuhi Yevlax Qeydiyat İmtahan və Texniki Baxış İdarəsində imatahan verib sürücülük vəsiqəsi aldı.
Sonradan öyrənmişəm ki,  sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında arayışın rüsüm qiyməti 15 manat təşkil edirmiş. Ancaq nədənsə bizi çox get-gələ salıb  süründürdülər və baha qiymətə sağlamlıq arayışı təqdim etdilər.
Bu korrupsiya əməllərini baş həkim Zeynal Bayramlı heç nədən çəkinmədən açıq-aşkar etsədə onun barəsində tədbir görən yoxdur. Mənim qardaşım Səbuhi Behbudov 2008-ci il tarixdən ruhi xəstə kimi Ucar rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olsada indiyə qədər ona pulsuz dərman verilməyib. Hansı ki, ruhi xəstələrə hər ay dövlət büdcəsi vəsaiti hesabına pulsuz dərmanlar verilir.
Zeynal Bayramlıda 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyir.
Mən bizə qarşı edilən bu qanunsuzluqlar barədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə şikayət ərizələri ilə müraciət etmişəm.İnanıram ki, məni dinləyib şikayət ərizəmi obyektiv araşdırıb qanunu və təsirli tədbirlər görəcəklər.Zeynal Bayramlı 15 il ərzində çox qanunsuzluqlar edib onun barəsində çox şikayətlər edilib ancaq onun barəsində tədbir görülmür.
Mən mətbuat vasitəsi ilədə İcbari Tibbi Sıoğorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə, həmin Agentliyin icraçı direktoru cənab Vüqar Qurbanova və Səhiyyə Naziri cənab Teymur Musayevə müraciət ünvanlayıb xahiş edirəm mənim şikayət ərizəmi obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və onun əlaltılarının barəsində  qanunu və ciddi tədbirlər görəsiniz".
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam