Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

TƏŞƏKKÜRLƏR, MƏNİM POLİSİM!

 Yenixeber.org: Abşeron Rayonu Saray qəsəbəsi Yeni Məhəllə sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Salmanov Mirzəcan Salman oğlu Azərbaycan Respublikasının Daxili İşlər nazirigeneral-polkovnik cənab Vilayət Eyvazova yazdığı təşəkkür məktubunun surətini redaksiyamıza ünanlayıb: 

"Çox hörmətli, cənab nazir,

Mən bu məktubu Sizə ünvanlamaqla şəxsinizin rəhbərliyi ilə Azərbaycan polisinin daha bir qürurverici, alqışlanası əməlini nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu ayın - noyabrın 4-də bizim evimizdə oğurluq hadisəsi oldu. Biz evdə olmayan zaman – gündüz vaxtı kim(lər)sə evimizə girib, bir neçə kiçik məişət əşyalarımızı, eləcə də “LG” markalı Plazma Televizorumuzu oğurlamışdı. Evə ilk dönən mən oldum və evdə oğurluq olduğunu görüb, Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə zəng edib, məlumat verdim. Dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən mənimlə əlaqə saxlanıldı. Ardınca cinayət-axtarış qrupu, eləcə də, Saray Polis Bölməsinin rəis müavini və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Nağızadə Azad Anar oğlu hadisə yerinə gəldi. Lazımı ölçülər götürüldü və çox keçmədən, isti izlərlə cinayətdə şübhəli bilinən şəxs müəyyən edilib, həbs olundu.

Daha sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Mikayılov Alqayıt Murad oğlu tərəfindən lazımı istintaq hərəkətləri aparıldı: Mənim də iştirakımla, izahatım alınmaqla, eksperiza olunmaqla… (Ümid edirəm ki, Məhkəmənin ədalətli qərarı ilə cinayəti törətmiş şəxs layiqli cəzasını alacaq.) 

Çox hörmətli, cənab nazir, mən başda Siz olmaqla, Abşeron Rayon Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Mikayılov Alqayıt Murad oğluna, Saray Polis Bölməsinin rəis müavininə və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Nağızadə Azad Anar oğluna, eləcə də bu əməliyyatda zəhməti olan hər bir polis əməkdaşına minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Çox sağ olun, nə yaxşı ki, Siz və Sizin rəhbərliyinizlə dövlətinə, xalqına layiqincə xidmət edən, öz vəzifəsinə və peşəsinə hörmətlə yanaşan polis ordumuz var.

Mən bir daha əmin oldum ki, MƏNİM POLİSİM MƏNİ QORUYUR!"



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam