Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Tapdıq Abbas Medianın İnkişafı Agentliyini "topa tutdu"-PREZİDENTƏ MÜRACİƏT

 Yenixeber.org: "Paralel" Media Qrupunun rəhbəri Tapdıq Abbas Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət edib. Müraciətdə Medianın İnkişafı Agentliyinin fəaliyyəti tənqid olunur və mövcud olan ciddi qanun pozuntularının qarşısının alınmasına çağırış edilir: 
Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin bütün sahələrində, o cümlədən ölkə mediasının müasir beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində atdığınız addımlar, apardığınız dərin islahatlar, həyata keçirdiyiniz struktur və kadr dəyişikliyini yüksək qiymətləndirir, ölkə mediasına göstərdiyiniz diqqət və qayğıya görə, Sizə jurnalist kollektivimizin dərin təşəkkürünü bildirirəm. Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi, sosial və digər sahələrində olduğu kimi, ölkə mediasının maddi-texniki və hüquqi bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq istiqamətində tərəfinizdən görülən fundamental işlər hər bir jurnalist kollektivi kimi, 20 ildən çox rəhbərlik etdiyim və dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan "Paralel" Media Qrupunun jurnalist kollektivinin də sevincinə səbəb olub.
Hörmətli cənab Prezident!
İşinizin gərgin, vaxtınızı daha vacib dövlət işlərinə sərf etdiyiniz məqamda,​ ölkəmizin media sahəsində baş verən bəzi xoşagəlməz nöqsanlar barədə Sizə məlumat verməyi özümə borc bildim.
Sizə bildirirəm ki, tutduqları vəzifədə ciddi nöqsanlara yol verdiklərinə görə, azad olunmuş sabiq Əli Həsənov - Vüqar Səfərli cütlüyünün səhvlərini təkrar edən bəzi məmurlar Sizin ölkə mediasının inkişafı naminə atdığınız vacib və səmərəli addımları yenə də yanlış istiqamətə yönəltməyə cəhd edirlər. Media ictimaiyyəti isə bu cür yanlış cəhdlərdən çox ciddi narahatdır. Bu nöqsanları ortadan qaldırmaq üçün Sizə müraciət etməyə ehtiyac olduğunu düşündük. Sərəncamla ötən ilin 12 yanvarında KİVDF bazasında yaratdığınız Medianın İnkişafı Agentliyinin fəaliyyətində narazılıq doğuran xeyli mənfi hallar mövcuddur.
Yalnız son 2 ildə mətbuata dövlət yardımı üçün büdcədən ayrılan 8.3 milyon manat pulun qəzet və internet media subyektləri arasında bölgüsündə yol verilən ciddi nöqsanlar, qanun pozuntusu, şəffaflığın təmin olunmaması və hesabatlılığın unudulması mediada çalışan insanlarda təbii etiraz doğurub. Agentliyin fəaliyyətinə kənardan edilən müdaxilələr də aydın hiss olunur. Düşünürük ki, hazırda mövcud olan ciddi qanun pozuntusunun qarşısı vaxtında alınmazsa, gələcəkdə daha ciddi pozuntuların təkrar baş verməyəcəyinə zəmanət yoxdur...
Hörmətli cənab Prezident!
Media rəhbərlərilə birlikdə Sizinlə bir neçə dəfə görüşdə bizə verdiyiniz tapşırıq və tövsiyyələr hər kəsdə ciddi məsuliyyət formalaşdırıb. Hətta görüşlərin birində mənə fəxri ad verməyinizi işə məsuliyyətimi xeyli dərəcədə artırıb. Bütün bunlar üçün Sizə təşəkkür edirəm!
Nəhayət, düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı 2 əsrdə ilk dəfə şanlı Ordumuzun gücü ilə azad etdiyinizə görə Sizə təşəkkür edir, dövlətimizə və xalqımıza şərəflə xidmət etməkdən qürur duyuram!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam