Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tarix İnstitutundan biabırçı səhvlə bağlı – Biabırçı açıqlama

 

“AMEA Tarix İnstitutunun saytının müvafiq bölmələrində iş aparılır. Bu haqda da həmin səhifədə bölmə üzərində iş getdiyi yazılıb. Tarix İnstitutunu “biabırçılıqda” ittiham edən mətbuat orqanlarının diqqətinə çatdırmaq istəyirəm ki, Ağdərə rayonunun işğalı onların yazdıqları kimi, 1993-cü il 7 iyul tarixində deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci ildə çap olunmuş sayında məlumat verilib”.

"Xeberinfo.com":  Məlumata görə, bunu mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Y.Mahmudov rəhbərlik etdiyi institutun saytında Ermənistanın nəzarətində olanAğdam və Ağdərə rayonlarının işğal tarixlərində yanlışlıq olması barədə mətbuatda yazılanlara münasibət bildirərək, bunu texniki səhv adlandırıb: “Biz dəqiqləşdirilmiş məlumatı ötən ilin sentyabrın 20-də saytın texniki işçilərinə göndərmişdik. Ancaq saytın işçiləri institutla razılaşdırmadan yanlış banneri saytda yerləşdiriblər. Bildirmək istəyirəm ki, bölmə üzərində iş getdiyi üçün Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta yerləşdirməyib. Tarix İnstitutu haqda yazılanlar ünvanımıza növbəti böhtandır”.

Qeyd edək ki, institutun saytında Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyunun 17-də (17.06.1993) işğal olunduğu qeyd olunması barədə məlumatı Aznews.az saytı yayıb.
Yazıda bildirilir: 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında ( http://tarix.gov.az/konflikt.php) Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb.

AzNews.Az xəbər verir ki, Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə - “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.

Cədvəldə Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyun ayının 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 07.07.1993, Ağdam isə ondan bir neçə gün sonra 23.07.1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

Bildirək ki, bir müddət öncə qurumun saytında işğal olunmuş rayonlarla bağlı heç bir məlumatın olmaması barədə məlumat yayılmışdıq. Həmin vaxt qurumdan cavab verilmişdi ki, sayt üzərində iş gedir, iş bitdikdən sonra sözügedən materiallar sayta yerləşdiriləcək.

Xırda məlumatı sayta bir neçə aya yerləşdirən, özü də biabırçı səhvlərlə yeşləşdirən bir quruma görəsən, tarixi araşdırmağa nə qədər vaxt lazım olar? 
Bu lənglik və yarıtmazlıqlarla tariximiz heç yazılarmı? 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam