Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

25 gün əvvəl yaranan "Mornad-Az2020” MMC tenderin qalibi oldu...

Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Mornad-Az2020” MMC (VÖEN- 1904800111) olub.
Yenixeber.org: "Mornad-Az2020” MMC Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sifarişi əsasında bu quruma dəftərxana və təsərrüfat malları satacaq.  

Bu məhsullar üçün Mərkəz "Mornad-Az2020” MMC-yə 15 min 436 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tender müsabiqəsini bu ilin avqust ayının 20-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "Mornad-Az2020” MMC tender elanından cəmi 25 gün əvvəl – 26.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 
Cəmi 25 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi, ev 153, m. 18”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Samir Fizuli oğludur.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam