Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra hakimiyyətlərinin tender oyunu davam edir – Bu dəfə Şəmkirdə…- FOTOFAKT


Yeni yaranan və bu səbəbdən də təcrübəsi olmayan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması dəfələrlə qeydə alınıb.
Yenixeber.org: Belə tenderlərdən birinin qalibi "SH Memorial" MMC (VÖEN-8503285771) adlı şirkət olub.
"SH Memorial" MMC 19.05.2020-ci il tarixində Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi elan olunub.
Şəmkir rayon İcra Hakimiyyəti "SH Memorial" MMC-yə Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək.
Məlumat üçn bildirək ki, Şəmkir rayon İcra Hakimiyyəti  tender müsabiqəsini aprel ayının 8-də elan edib. Bu barədə məlumat “Respublika” qəzetində dərc olunub (http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/26633-tender-elanlari).
Maraqlıdır ki, tenderin qalibi olan "SH Memorial" MMC tender elanından cəmi bir həftə əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şərtlərində açıq şəkildə qeyd olunub:
- Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Göründüyü kimi, cəmi bir həftə əvvəl qeydiyyatdan keçən şirkətin son bir ildəki fəaliyyəti barədə hansısa sənəd təqdim etməsi mümkünsüzdür.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi bir-neçə gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
 
Qiymət necə şişirdilib? 
Şəmkir rayon İcra Hakimiyyətinin keçirdiyi və "SH Memorial" MMC-nin qalib olduğu tenderlə bağlı diqqət çəkən başqa bir məqam isə satın alınan mal və xidmətin qiymətilə bağlıdır. Şəmkir rayon İcra Hakimiyyəti heç bir təcrübəsi olmayan "SH Memorial" MMC-yə “gücü 400 kq, sürət 1m/s” olan iki ədəd liftin satın alınması və qurşadırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək. Bu isə o deməkdir ki, bir ədəd liftin qiyməti 52 min 427 manat 40 qəpik olacaq.
Qeyd edək ki, hazırda daxili bazarda “gücü 400 kq, sürət 1m/s” olan liftin orta bazar qiyməti 30-35 min manat arasında dəyişir. Elan saytlarında bu barədə kifayət qədər məlumat var. Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 27.4-cü maddəsində açıq şəkildə yazılır ki, hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən (orta bazar qiyməti) yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır.
 
Əlaqələndirici şəxslə əlaqə saxlamaq mümkün deyil… 
Qeyd edək ki, tender elanında əlaqələndirici şəxs olaraq göstərilən və əlaqə saxlamaq üçün elana mobil nömrəsi (050 575 55 95) yazılan Şəmkir rayon İcra Hakimiyyətinin baş mühasibi Habil Hüseynovdan məsələ ilə bağlı açıqlama almaq cəhdimiz baş tutmadı. Baş mühasibə dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab vermədi.
 
Adı olub özü olmayan daha bir şirkət…
Şəmkir rayon İcra Hakimiyyəti ötən ilin dekabr ayında da bənzər tender keçirib və qalib şirkət “RC COMPANY” MMC olub. “SH Memorial" MMC kimi “RC COMPANY” MMC-də Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün Şəmkir rayon İcra Hakimiyyətindən 104 min 902 manat alıb. Bu şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınsa da bugünə kimi lift satışı və quraşdırılmasında hansı təcrübəyə sahib olduğu barədə heç bir məlumat yoxdur.



A. Cəfərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam