Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Rasim Musabəyovu Milli Məclisdən iti qovan kimi qovmaq lazımdır” -Partiya sədri

 

“Rasim Musabəyov da Ramiz Mehdiyevn təyin etdiyi deputatlardan biridir”.

Yenixeber.org: Bu fikirləri Rusiyanın NTV kanalına müsahibəsində Türkiyə qoşunlarının Qarabağda yerləşdirilməsinin əleyhinə çıxması ilə gündəmə gələn, daha sonra isə tənqidçilərinə həqarət etməkdən çəkinməyən Rasim Musabəyovun fikirlərinə münasibət blidirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsələndirib.

Hafiz Hacıyevin sözlərinə görə parlament təcili şəkildə Rasim Musabəyovun məsələsinə baxmalı və o, mandatından məhrum edilməlidir:

“Qələti Rasim Musabəyovun özü edir, başını da daşa döyür. Əvvəl babası satqınlıq edirdi, indi də özü bu dövlətə qəniç kəsilibş. Rasim Musabəyovun bu hərəkətləri, fikirləri Azərbaycan dövlətinə xəyanətdir.
Düşünürəm ki, onun mandatı əlindən alınmalıdır. Təyin edilmiş deputatların hamısı eyni vəziyyətdədir. Rasim Musabəyov ömrü boyu Rusiyaya işləmiş bir adam olub, belələrinin yarı canları Moskvadadır. Onlar Rusiyanın agentura şəbəkəsinə daxil olmuş adamlardır.
Ona görə də parlamentdə Rasim Musabəyovun məsələsinə baxılmalı və o, Milli Məclisdən iti qovan kimi qovulmalıdır. Bunun kimilər Azərbaycanın müstəqilliyini zərbə altında qoyurlar. Rasim Musabəyov da Ramiz Mehdiyevn təyin etdiyi deputatlardan biridir və indi də görünür ki, Ramiz Mehdiyevin dəstəsi yenə hücumdadır”. (yeniçağ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam