Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hansısa şərəfsiz Sabir Rüstəmxanlıya böhtan atıb-sərt açıqlama 

“Bu hansısa şərəfsizin atdığı böhtandır” – Rüstəmxanlıdan sərt açıqlama 

“Xalqı aldatmaq olmaz. Guya mən demişəm ki, xalqa pensiya vermək lazım deyil. Bu hansısa şərəfsizin atdığı böhtandır”.

Yenixeber.org: Bu sözləri Milli Məclis  deputatı Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, yalanı yayanlar arasında özünə qələm adamı, şair deyənlər də var:

“Biz 30 ildir, bu böhtanların içindən keçib gəlirik. Bir dəfə belə yazı müəlliflərinə cavab vermişdim ki, mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır… 

Əhalinin sosial müdafiəsi ilə bağlı qanunların müzakirəsi zamanı çıxışlarımın mətni nöqtə -vergülünə qədər Milli Məclisin saytında yerləşdirilib, mətbuatda dediklərim də göz qabağındadır. Orda millətimizin əlehinə olan tək bircə kəlmə tapılmaz! 

Tam tərsinə, xalqın mənafeyi mövqeyindən çıxışlar etmişəm. Əslinə qalanda, məni tanıyan və ağlı başında olan heç kim mənim elə söz deyə biləcəyimə inanmaz!.. 

Həmin böhtanı Nəsibə İlkin adlı bir müəllif də paylaşıb. Ona cavab vermək fikrində deyiləm, məqsədim Nəsibəni başa salmağa çalışan, tanıdığım və tanımadığım onlarla insana təşəkkür etməkdir. Mənə ehtiyac qalmayıb, hamı Nəsibə İlkinə anladıb ki, yoxlamadan, mənbəyini bilmədən belə bir sözü paylaşmaq olmaz! Mənə önəmli olan bu inamdır”.

Sabir Rüstəmxanlı  xalqın ziyanına olan heç bir söz deməyəcəyini vurğulayıb:

“Bu inam ömrümün ən böyük qazancıdır. Nəsibə paylaşdığı statusun böhtan olduğunu anlayıb, fakt qarşısında qalaraq statusunu silib, lakin əgər o özünü şair hesab edirsə, gərək, "məndən xahiş etdilər" kimi həlləm-qəlləm izahatlar verməkdənsə, öz böyük həmkarından üzr istəyəydi. Nə isə... Bu məsələdə mənə inamlarını bildirən əziz dostlar, hamınıza təşəkkür edirəm”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam