Gürcüstan sərhədləri açdı, biz də əcnəbilərə icazə verək! -TƏKLİF
Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq. Gürcüstana gedəcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək.
Yenixeber.org: Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiyadan əvvəlki illərdə Gürcüstan iqtisadi, xüsusən də turizm sferasında ölkəmizin əsas tərəfdaşlarından idi.
"2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 659 milyon dollar olub. Son 4 ildə ölkələr arasındakı ticarət dövriyyəsində yalnız müsbət dinamika müşahidə olunub. 2016-ci ildə ticari dövriyyə 468 milyon dollar olduğu halda növbəti iki ildə uyğun olaraq 561 və 592 milyon dollaradək yüksəlib. Pandemiyadək turzim sektorunda da Gürcüstan Azərbaycanın ən vacib tərəfdaşlarından idi. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlmişdi. Bu ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min azərbaycanlı turistin 28,9%-i Gürcüstana səfər edib. Bu, o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana gedirdi.
Bununla belə, pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb. Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub. Gürcüstana quru yolla səfərin mümkünlüyündən sonra qonşu ölkəyə gedənlərin sayının artacağı gözlənilir. Yay mövsümündə səfər edənlər üçün bu yeni bir imkandır".
Deputat qeyd edib ki, yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq bizdə də ölkəmizə səfər ilə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olardı:
"Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu baxımdan daha məqsədəuyğun olardı ki, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayış tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur".