Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sərt qapanma əhalinin yoxsullaşmasına səbəb olur“ -Deputat

“Sərt qapanma əhalinin yoxsullaşmasına səbəb olur“  - Deputat

Sərt qapanma əhalinin müəyyən təbəqəsinin yoxsullaşmasına gətirib çıxaran amillərdən biridir.

Yenixeber.org: Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bayram günlərində vətəndaşların bölgələrə gediş-gəlişinə şərait yaradılmalıdır:

Pandemiya ilə mübarizəmiz hələ də davam edir. Hər nə qədər yumşaldılmalar tətbiq olunsa da, qapalı qalan yerlər də var. Həmçinin karantin davranış qaydalarına əməl edilməsi üçün qanunvericiliyə də dəyişikliklər edilib. Qaydaların pozulmasına görə cərimələr artırılıb, sosial məsafəyə əməl edilməsi tələb edilir.  

Hesab edirəm ki, sərt qapanmaya getmək sahibkarlar və vətəndaşlar üçün ciddi problemlər yarada bilər. Biz bütün təbəqələri düşünərək və bayram günlərində daxili turizmi də nəzərə alaraq insanların bölgələrə getməsinə imkan yaratmalıyıq. Bu həm Bakının yükünün azalmasına, həm də yerlərdə iaşə obyektlərinə nəzarət güclənməsinə səbəb olacaq”. 

Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağa götürülməsə, gələcəkdə ciddi sosial demoqrafik problem yarana bilər:

“2020-ci ildə 34 min nikah bağlansa da, 14 min boşanma prosesi baş tutub. Bu, 3 nikaha 1 boşanma düşməsi deməkdir. Bu hal ciddi sosial demoqrafik problem yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam