Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

14 məktəbə yeni direktor təyin edildi

 

 

 

Təhsil Nazirliyi 14 məktəbə yeni direktor təyin edib. 
"Xeberinfo.com": Nazirlikdən əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyi ötən ilin noyabrında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması üzrə təlimlərə başlayıb. Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak ediblər. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.
Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlərdən keçmiş 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam