Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kürdəmirdə Bilik günü qeyd olundu - FOTOLAR

Kürdəmirdə Bilik günü qeyd olundu - FOTOLAR

 

Bu gün Kürdəmir rayonunun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilib.

Xeberinfo.com:  Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ötən il ölkə rəhbəri cənab İlham Əliyevin açılışını etdiyi  Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində “Bilik bayramı”nda iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən Cəbrayılova müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından danışıb.

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , internat evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.

 

Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular. 

 

Kürdəmirdə Bilik günü qeyd olundu - FOTOLAR
Kürdəmirdə Bilik günü qeyd olundu - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam