Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

 

 

 Yenixeber.org: “Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə dəstəyi göstərib. Mobil operator Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında virusa yoluxmuş insanların müalicəsi ilə məşğul olan bir sıra xəstəxanaların həkimlərinin nömrələrinin balansına 50 AZN yükləyəcək. Məqsəd tibb personalının koronavirus infeksiyasına yoluxmuş şəxslərlə və onların yaxınları ilə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

 

Qeyd edək ki, bundan əvvəl də mobil operator virusla mübarizə aparan tibb personalının “Nar” nömrələrinin balansını artırıb. O cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. Xatırladaq ki, “Nar” koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra sosial layihələrdə iştirak edib. “Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam