Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Nar” -eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

 Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Nar” fiziki məhdudiyyətli insanları diqqətdən kənarda saxlamayıb.

Yenixeber.org: Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mobil operator eşitmə və nitq məhdudiyyətli insanlara dəstək olub. Belə ki, “Nar” eşitmə və nitq məduduyyəti olan şəxsləri koronavirusdan qorumaq məqsədilə qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təmin edib. Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-ə qədər eşitmə və nitq məduduyyəti şəxsə qoruyucu vasitələr paylanıb.

 

Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət (KSM) layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

 

 “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam