Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyev Novruz bayramı münasibətilə şəhid ailələrilə görüş keçirib

 

Şəhid ailələri: Dövlətin diqqət və qayğısını hər zaman hiss edirik

"Xeberinfo.com":  Ölkə başçısının əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, imtiyazlı ailələrə köməklik göstərilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır. Prezident cənab İlham Əliyevin “Azərbaycan vətəndaşları daha yaxşı həyata layiqdirlər.  Biz hakimiyyət olaraq bu şəraiti yaradır və yaratmalıyıq” sözləri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin gündəlik fəaliyyət devizidir.

Ölkə başçısının xalqla dövlət məmuru bir yerdə olmalıdır sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibətilə Horadiz şəhərində şəhid ailələrinə və imtiyazlı ailələrə baş çəkib, onlara bayram sovqatları verib, problemləri ilə maraqlanıb, həmin ailələrlə birgə çay süfrəsi arxasında əyləşib. Novruz bayramının paylaşmağın, yardımlaşmağın, qardaşlığın və əmin-amanlığın rəmzi olduğunu bildirib.

Alı Alıyev Horadiz şəhər sakinləri şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva və digərləri ilə söhbətində ölkə başçısının və onun xanımı Mehriban Əliyevanın şəhid ailələrinə, ehtiyacı olan insanlara, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, insanların sosial  müdafiəsinə  xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə başçısına, onun xanımına olan inamını gücləndirir, arzu olunan günlərin – işğal olunmuş torpaqlarımıza, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.  Biz məhz bu inamla yaşayır işləyirik.

 

Şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva xalqımızın ən əziz bayramı olan Novruzda onları yada saldıqlarına, qayğıları ilə maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlıqlarını bildirib, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini vurğulayıblar. 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam