Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə bayram sovqatları paylanıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Füzuli RİH-i şəhid ailələrinə və imtiyazlı ailələrə qurban sovqatları paylamışdır

 

"Xeberinfo.com": Qurban bayramı xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslam dinində bu ay xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapmışdır. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə ənənəvi olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır.

  Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevin göstərişinə əsasən ərazidə, o cümlədən Bakı, Sumqayıt və digər şəhərlərdə məskunlaşmış şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, imtiyazlı ailələrin evlərində  olunmuş, problemləri ilə maraqlanıb, onlara bayram sovqatları verilmişdir.

Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 280 şəhid ailəsinə, Qarabağ əlili və imkansız ailələrinə (un, düyü, şəkər tozu, çay, yağ) yardımı verilmişdir.

 

 

Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində və digər kəndlərdə Qurbanlar kəsilərək imtiyazlı ailələrə paylanmışdır.

  Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ,qaçqın və məcburi köçkün ailələri ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

        

     Qurban bayramı ümumilikdə rayonun bütün yaşayış məntəqələrində qeyd olunmuşdur.

 

 


 

        

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam