Fairə Məmmədovanın haqlı tələbi nə vaxt icra olunacaq?-ŞİKAYƏT
1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra, hər kəsin Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının təmin olunması əsas prioritet məsələlərdən biri oldu. Düzdür, illər keçdikcə vətəndaş hüquq və azadlıqlarının qorunması yöndə müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar da qəbul olundu.
Yenixeber.org: Düzdür, illər keçdikcə hər bir Azərbaycan Respublikası vətəndaşının hüquq və azadlıqlarının müdafiə olunması yöndə aidiyyatı dövlət qurumları tərəfindən müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar da qəbul olundu. Amma, qəbul olunmuş qanun və qərarların bir çoxu kağız üzərində qaldı və buna da əsas səbəb, bəzi vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələri, məmur özbaşınalığı, qəbul olunmuş qanunların tapdaqlar altına atılması və s. kimi halların varlığı oldu. Belə bir səbəblər üzündən də, indiyə kimi neçə-neçə vətəndaşın Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının pozulması halları baş verməkdədir ki, onlardan biri də, Məmmədova Fairə Hüseyn qızıdır. Belə ki, xeyli müddət bundan öncə redaksiyamza Bakı şəhəri, Xətai rayonu, general Şıxlıniski küçəsi-2942v, mən-138 ünvanda yaşayan Məmmədova Fairə Hüseyn qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdu və adı çəkilən xanım yazmış olduğu ərizəsində qeyd edib ki, “Mən 2009-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi-18 ünvanda “Nur-Ay” MMC-i tərəfindən inşa olunmuş 16 mərtəbəli binadan ümumi sahəsi 138kvm olan mənzil aldım. Buna görə adı çəkilən cəmiyyətin səlahiyyətlisi Şəhriyar adlı şəxsə ilk əvvəl 11 min dollar pul ödədim. Üç ildən sonra bəlli oldu ki, aldığım mənzil bir neçə nəfər şəxsə satılıb və belə bir olayla tək mən yox, neçə-neçə şəxslər üz-üzə qaldığından, biz problemin həllinə köməklik göstərilməsi məqsədilə bir neçə dəfə PA-nın önündə qısa müddətli etiraz aksiyası da keçirdik. Hətta, PA-nın rəsmi şəxslərinə baş verənlərlə bağlı şikayət məktublarımızı da təqdim etdik. Həmin illərdə “Nur-Ay” MMC-də sənədləşmə işlərinin çoxunu Məhəbbət Hüseynov adlı şəxs həyata keçirirdi və günlərin birində o, mənə “Sənin təqdim etdiyin sənədlərin əsası yoxdur” dedi. Halbuki mən həmin şəxsə lazım olan hər bir sənədin əsasını təqdim etmişdim”.
Düşündürücü hal odur ki, Fairə xanımın üz-üzə qaldığı problemlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən lazımi məhkəmə qətnaməsinin çıxarılmasına və qətnamənin icra olunması Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə baxmayaraq, hələ də adı çəkilən qurumun əməkdaşları çıxarılmış məhkəmə qətnaməsini icra etməyiblər. Belə bir halın varlığı da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Çünki, qətnamənin icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu qərar var və sadəcə olaraq icra etmək lazımdır. İndiyə kimi Yasamal Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən belə bir addım atılmadığından, bu gün də Fairə Məmmədova olmazın olaylarlarla üz-üzə qalmaqdadır. Ona görə də o, məcburiyyət qarşısında qaldığından, məhz belə bir problemin KİV-də ictimailəşdirilməsinə qərar verib. Fairə Məmmədova yazmış olduğu ərizəsində onu da qeyd edir ki, “Mən qeyd olunan ünvandan mənzil almaq üçün üstüstə “Nur-Ay” MMC-nə 18 min dollar pul ödəsəm də, nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsi (İş № 2(004)-5336/2013) adı çəkilən MMC-dən 13650 manat məbləğində pulun alınıb mənə qaytarılması barədə qətnamə çıxarıb. Bəli, həmin vaxtlarda belə bir problemlə, yəni mənə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdim. Həmin vaxtdan indiyə kimi yeddi ildən çox vaxt keçsə də, hələ də çıxarılmış məhkəmə qətnaməsini Yasamal Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları yerinə yetirilməyib.
Onu da qeyd edək ki, vətəndaş Fairə Məmmədovanın Gundemxeber.Az saytının redaksiyasına ünvanladığı şikayət ərizəsini əsas tutaraq, 2 dekabr 2019-cu il tarixdə “Fikrət Məmmədovun Yasamaldakı əməkdaşları altı ildən çoxdur ki, məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY” başlıqlı məqalə yayımlamışdıq və problemin araşdırılması ilə bağlı aidiyyatı dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova da rəsmi qaydada məktubla müraciət etmişdik.
Düşündürücü hal odur ki, cənab Nazirə ünvanladığımız məktub araşdırılması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilir və adı çəkilən qurumun rəisi, baş icra məmuru Nurəddin Mustafayevin 30 dekabr 2019-cu il tarixdə imzaladığı №04/11-15556 saylı məktubla redaksiyamıza cavab məktubu verilib. Verilmiş cavab məktubunda “Nur-Ay” MMC-dən 13650 manat pulun alınıb Fairə Məmmədovaya verilməsi bir daha qeyd olunur. Bundan əlavə, Yasamal Rayon İcra və Probasiya Şöbəsində başlanmış icraat zamanı borclu hüquqi şəxsin tələbi könüllü icra etmədiyi, onda tələbin yönəldilə biləcəyi hər hansı əmlakın aşkar olunmadığı, “Nur-Ay” MMC-nin rəhbəri Elxan Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edildiyi və icra sənədinin Yasamal rayon Məhkəməsinə geri qaytarıldığı da qeyd olunr. Bəli, bütün bunlar bəlli olan məsələlərdir. Zərərçəkən Fairə Məmmədovanın redaksiyamıza çatdırdığı məlumata görə isə, “Nur-Ay” MMC-nin rəhbəri Elxan Hüseynov və onunla birlikdə dələduzluq edən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunsalar da, həmin şəxslər bir neçə ildir ki, azadlığa çıxa biliblər. O halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, bu gün Yasamal Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Fairə Məmmədovanı xərcə salan şəxsin, yaxud da şəxslərin yerini müəyyən edib icra sənədini həyata keçirmirlər? Axı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.(Gundemxeber.Az)