Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni Ombudsman: “Hamını əməkdaşlığa dəvət edirəm”

 
"Hamını ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığa dəvət edirəm".
Azvision.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva ilk dəfə qatıldığı rəsmi tədbir olan "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusundakı seminarda çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, ölkə Prezidentinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində bu il imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanın icrası Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verəcək:

"Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit olunan əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində mühüm işlər görülür. Əqli mülkiyyət hüququnun müdafiəsi, o cümlədən əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquq pozmaların qarşısının alınması Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdəndir. Çünki bu hüquqların pozulması əqli mülkiyyət hüquqları sahibləri ilə yanaşı, istehlakçıların da hüquqlarının pozulmasına və cəmiyyətin inkişafına öz mənfi təsirini göstərir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam