Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

PANDEMİYANIN PSİXİ SAĞLAMLIĞA TƏSİRİ -Azərbaycandakı acınacaqlı vəziyyət

Yerli KİV-in yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adonom Gebreyesus bəyan edib ki, COVİD-19 pandemiyası milyonlarla insanın psixi sağlamlığına zərər verərək, onlarda təşviş və qorxu hisslərinə səbəb olur, psixi səhiyyə xidmətlərinə mənfi təsir göstərir…

Yenixeber.org: Bu istiqamət üzrə Azərbaycandakı mövcud acınacaqlı durum barədə hələ bir müddət əvvəl həyəcan təbili çalmışdıq (25 may 2020-ci il, «AzPolitika.info», «Kimdir deputat dediyin?» başlıqlı məqalə). Problemin ağırlığı məhz ondadır ki, sözügedən istiqamət üzrə ölkəmizdə tibbi xidmət həm kəmiyyət, həm də keyfiyyət üzrə nihilizm səviyyəsindədir. Üstəlik də sahə üzrə məsul şəxslərin qeyri-kompetent davranışı prolemi bir qədər də dərinləşdirir. Uzançuluq etmədən, buna əmin olmaq üçün hörmətli oxucuların diqqətini bir daha sözügedən məqalədəki epizoda yönəltmək istəyirəm.

Məqalədə yazmışdıq: «Heç kim demir ki, «pandemiya yoxdur» - sadəcə, bu xəstəlik barədə yayılan rəsmi və qeyri-rəsmi məlumatlar məntiqi şübhələrə yol açır ki, bu da cəmiyyətimiz daxilindəki ifrat məlumatsızlığın nəticəsidir. Əgər deputat və ya qeyrisi faydalı bir iş görmək istəyirsə, yaxşı olar ki, sahə üzrə bir tibb mütəxəssisini yanına alıb, öz dairəsinin sakinləri arasında təbliğat aparsın. Bunun əvəzində, həkimlərin susduğu bir zamanda, deputat avantüristlər ölkə boyu at oynadırlar! 

Məsələn, deputat «xoru» fonunda, ölkənin səhiyyə nazirinin, nazir müavinlərinin, istiqamət üzrə baş mütəxəssislərin heyrətamiz susqunluğu diqqət çəkməyə bilməz. Həzərat, bu işdə kompetent fəaliyyətə, kompetent sözə ehtiyac var, daha sarsaq sözlər danışmaqla, vəziyyəti dəyişmək mümkün deyil. İllərlə ölkədə profilaktik səhiyyəni məhv edənlər, indi qaçıb gizləniblər! Belədə, soruşmaq yerinə düşər: səhiyyə naziri nazir maaşını, müavinlər müavin maaşını hansı xidmətin qarşılığında alırlar? Axı, onların cəmiyyət qarşısında məsuliyyəti var. Vətəndaş (imtiyazlı şəxs, daha doğrusu müftəxor fərd) bunlardan danışmaq əvəzinə, zavallı insanlara hədə-qorxu gəlməkdən çəkinmir, pandemiya xofu altında qazanc əldə etməyə meyllənirlər. Məsələn, bu yaxınlarda TƏBİB adlı idarənin başçısı deyib ki, hər kəsin bir yaxını koronavirusa yoluxacaq! Bu, insanları təhdid altına almaqdan başqa bir şey deyil. Dövlətin səhiyyə müəssisələrinin idarəçiliyinə məsul şəxsin tibbi xidmətin keyfiyyət və kəmiyyət etibarilə yaxşılaşdırılması istiqamətində məsuliyyəti var axı - o, gərək insanları qorxutmaq yox, onların müalicəsi (profilaktikası) barədə düşünsün, danışsın…

Ümumiyyətlə, qeyd etməliyəm ki, TƏBİB adlı idarənin təyinatı adından bəlli olur - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi. Bu ki, sırf menecment məsələsidir və əminliklə deyə bilərəm ki, səhiyyənin elmi-praktik istiqamətləri üzrə bu idarə kompetent sayıla bilməz. Amma «…gör, fələk nə sayır» - TƏBİB Səhiyyə Nazirliyinin, onun başçısı isə səhiyyə nazirinin əvəzindən danışır. Belədə, kompetentlikdən danışmağa dəyərmi? Fikrimi əsaslandırmaq üçün TƏBİB-in rəhbərinin də üzv oldubu Operativ Qərargahın müraciətlərinə diqqət yönəltmək istəyirəm. Məsələn, qərargahın müraciətlərində yer alan «sanitar-epidemioloji vəziyyət» sözbirləşməsi əslində, bu qurumun istiqamət üzrə nə qədər qeyri-kompetent olduğundan və bunun nəticəsində də ifrat formal fəaliyyətindən xəbər vermirmi? Fikrimi əsaslandırmaq üçün qeyd etməliyəm ki, dünya səhiyyəsində «sanitar-epidemioloji» anlayışı yoxdur, «sanitariya-epidemioloji» anlayışı var. Təsadüfi deyil ki, bu istiqamət üzrə fəaliyyəti ölkəmizdə «Sanitariya-epidemioloji salamatlıq haqqında Qanun» tənzimləyir ki, o da müasir dövrün tələblərinə cavab vermir - onun qəbulundan (1992-ci il) ötən dövr ərzində ölkədə çox sular axıb, səhyyənin bazisi dəyişib. Deputatlar bu qanunun yenilənməsi əvəzinə, hər il ona bir və ya bir neçə «düzəliş» edirlər - çürük kisəyə yamaq vurmaq kimi…»

Bax, belə! Göydən alma əvəzinə 3 pındıq düşdü - biri səhiyyə nazirinin, biri TƏBİB rəhbərinin, biri də… sarsaq sözlər danışıb, insanların «saqqızını oğurlayan» deputatların…

Mirzə AĞ

azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam