Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsrimizin Siyavuşu - əsrimizin töhməti –Rixard Zorgeni kölgədə qoyan "razvedçik"

 

 Heç yaxşı olmadı - adam kəşfiyyata gedibmiş ki, sonra məlum toyda iştirak edənləri birbəbir «baqaja qoysun». Vaqeədən bixəbər jurnalistlər də qaş düzəltmək əvəzinə, göz tökdülər - «o boyda kişi»ni rüsvay elədilər. Nə var-nə var, karantindir və əsrimizin Siyavuşu karantin qaydalarını pozub…

Yenixeber.org: «O boyda kişi» ağzında bir incillik söz danışıb, anlaqsız jurnalist heç nə başa düşməyib. Nəticədə, YAP-ın «razvedçiki» ifşa olunub və layiq olmadığı halda əsrin töhmətini alıb. Lap Rixard Zorgenin taleyinə bənzəyir. Zavallı Zorge canı bahasına ilk dəfə olaraq, müharibənin başlanacağı vaxtı (saatına qədər) Moskvaya xəbər verib, amma Stalin ona inanmayıb və sonrası da məlumdur - Zorge edam olunub. Nə yazıq ki, bu dahi kəşfiyyatçı qəhrəman adını ölümündən sonra alıb…

Siyavuş da sən demə, görkəmli «razvedçik» imiş - öz dediyinə görə, Əfqanıstanda «naçalnik razvedkanın sədri» olub. Belədə, şübhə yeri qalmır ki, adam indi də YAP-ın «razvedçik sədri»dir və hər şeydən xəbəri var. Deməli, böyük ehtimalla, indiyə qədər vurulan məmurları məhz Siyavuş «baqaja qoyurmuş». Görkəmli razvedçik jurnalistə demək istəyib ki, qardaş, mən hər şeyi bilirəm, başa düş, mən bu toya öz xoşumla gəlməmişəm, göndəriblər. Göndəriblər ki, baxam, dınşayam, yadda saxlayam - kim nə danışır, toyda kimlər iştirak edir və sonra hamısını birbəbir YAP «razvedçik rəisinin» ovcuna qoyam. Nə yazıq ki, jurnalist onu anlamayıb…

Anlaşılmazlıq nəticəsində Zorge miqyaslı «YAP razvedçiki» ifşa olunub və mükafat əvəzinə, töhmət alıb. Əsrimizin Siyavuşu YAP-ın baş töhmətinə, YAP isə Azərbaycanın baş töhmətinə çevrilib. Başqa sözlə, əsrimizin Siyavuşu əsrimizin töhməti oldu - töhmətin mübarək, a töhmət!

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam