Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bir daha dollarla götürülmüş kreditlər haqda: 50:50 variantı tətbiq oluna bilər

 

“Ekonomik s” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi xarici valyuta ilə götürülmüş kreditlərin aylıq ödənişilə bağlı təkliflərlə çıxış edib

"Xeberinfo.com":  Məlumata görə, günün əsas müzakirə mövzularından biri də xarici valyutada - əsasən də dollarla götürülmüş kreditlərin necə ödənilməsidir. Belə kreditlərin ödənilməsilə bağlı müxtəlif qaydalar təklif olunur.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sözügedən məsələ ilə bağlı yaydığı press-rellizdə qeyd olunur ki, əgər vətəndaşla bank arasında xarici valyutada götürülən kredit üzrə bağlanmış müqavilədə valyutanın məzənnəsinin (istər milli valyuta olsun, istərsə də kreditin götürüldüyü xarici valyuta olsun) dəyişəcəyi hallarda krediyin ödənişinin hansı qaydalarla aparılması mexanizmi öz əksini tapmayıbsa, onda həmin kredit adi qayda ilə ödəniş gününə yaranmış kursla həyata keçirilməlidir: “Burada vətəndaşlarımızı narahat edən əsas məsələ məzənnə dəyişikliyi səbəbindən onların xarici valyutada götürdükləri kreditin ödənilməsi məqsədilə sərf etdikrləri milli valyutanın həcminin artmasıdı. Mətbuatda bir sıra təkliflər irəli sürülür. Bir çox ekspertlər Kostitutsiya Məhkəməsi tərəfindən AR Mülkü Məcəlləsinin 439.7 və 442-ci maddələrinə uyğun izahatın verilməsini və bununla da xarici valyutada götürülən kreditlərin məzənnə dəyişikliyi baş verən günə qədər mövcud olmuş kursla ödənişinin aparılmasını təklif edirlər.

Təbii ki, bu yol mümkün variantlardan biri hesab oluna bilər. Lakin bizim apardığımız araşdırmalar və başqa ölkələrdə baş vermiş analoji hallarla bağlı təcrübə göstərir ki, yaranmış vəziyyətdən optimal çıxış yollarından biri banklar tərəfindən xarici valyutada verilmiş kreditlərin müddətinin uzadılmasıdır. Bu durumun Bankların da vəziyyətinə mənfi təsir göstərdiyini nəzərdən qaçırmaq olmaz. Odur ki, məvcud situasiyada iki tərəf arasında(Bank və vətəndaş) ümumi razılığın əldə olunması problemin dərinləşməsinin qarşısnı ala bilər. Problemin dərinləşməsi deyəndə burada ilk növbədə məsələnin məhkəmə müstəvisinə çıxarılma ehtimalı nəzərdə tutulur. Hər halda nə vətəndaş, nə də bank istəməz ki, uzun bir müddəti əhatə edəcək məhkəmə çəkişmələri başlasın. Təsəvvür edin ki, bu baş verərəsə nə qədər insan məhkəmə yollarında qalacaq, banklar isə ödənişlərinin yubanması halları ilə qarşılaşacaqlar.

Odur ki, banklar problmin dərinləşməsinə səbab olacaq davranışlardan uzaq duraraq, ailə büdcəsinin vəziyyətini əsas götürmək şərtilə hər bir müştəri ilə kreditin ödəniş müddətlərinin dəyişdirilməsinə fərdi yanaşma mexanizmləri tətbiq edə bilərlər. Bununla xarici valyutada götürülmüş krediti ödəməkdə çətinliyi yaranmış müştərilər ödəniş vaxtının maksimum uzadılması hesabına kreditə görə aylıq xərclərini azaldacaqlar. Bu yolla da onlar məzənnə dəyişikliyi nəticəsində ailə büdcəsi üçün yaranmış gərginliyi müəyyən dərəcədə aradan qaldırmış olacaqlar.

Başqa bir variant isə xarici valyuta ilə götürülmüş kreditlərin aylıq ödənişlərində devlvasiyanın yaratdığı artımın 50 faizinin bank, 50 fazinin isə vətəndaşının üzərinə götürməsidir. Hesab edirik ki, qonşu ölkələrdə də istifadə olunan bu variantın tətbiq olunması həm bank, həm də vətəndaşlarımız üçün əlverişli ola bilər”.

BİAB xarici valyuta ilə kredit götürmüş vətəndaşlara ödəniş vaxtını gözləmədən fərdi qaydada banklara müraciət etməyi məsləhət görür: “Hər bir vətəndaş ödəniş qaydasını və banka keçiriəcəyi vəsaitin həcmini ödəniş gününə qədər dəqiqləşdirməli və yaxud razılaşdırmalıdır. Ödənişin məbləğinin dolların hazırkı məzənnəsilə uyğun gəlməməsi nəticəsində bank aylıq ödənişin dollar ekvivalentində çatışmayan hissəsinə görə cərimə faizləri hesablaya bilər ki, bu da nəticədə daha ciddi problemlərin yaranmasına gətirib çıxarar”.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam