Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Türkiyə və Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqları daha da dərinləşib –TƏFƏRRÜAT

 

 Səudiyyə kralı Salman ibn Əbdüləziz dünən Səudiyyə Ərəbistanının Türkiyədəki keçmiş səfiri Vəlid ibn Əbdül Kərim Xəricini Xarici İşlər nazirinin müavini təyin edib. Bu təyinat hər şeydən çox Məhəmməd ibn Salmanın əleyhinə çıxan jurnalist Camal Qaşıqçının öldürülməsi məsələsini bir daha gündəmə gətirib.
Yenixeber.org: Floridadakı Mayami universitetindən şəhər mühəndisliyi dərəcəsini almış Vəlid Kərim Xərici Abdullah ibn Əbdüləzizin dövründə Kənd Təsərrüfatı naziri vəzifəsini icra edib. O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə Səudiyyə Ərəbistanın Türkiyədəki səfiri əleyhinə çıxan jurnalist Camal Qaşıqçının oğurlanması və öldürülməsi hadisəsində yüksək səviyyəli bir diplomat təyin edilib və jurnalistin yoxa çıxmasını aydınlaşdırmaq üçün bir neçə dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

Səudiyyə Ərəbistanının hakim elitasını tənqid edən 59 yaşlı jurnalist Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə rəsmilərini tənqid etdikdən bir həftə sonra Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.

Bundan əvvəl “Washington Post” qəzetindəki bir sıra məqalələrində Səudiyyə Ərəbistanının Qətər böhranı ilə bağlı siyasətini, Kanada ilə əlaqələri kəsməsini, Yəmənə qarşı müharibəni və Səudiyyə rəsmilərinin media və vətəndaş cəmiyyəti fəallarına, xüsusən də insan hüquqları müdafiəçilərinə münasibətini tənqid etmişdi.

62 yaşlı Vəlid ibn Əbdül Kərim Xərici Türkiyənin İstanbul şəhərində konsulluq içərisində jurnalist Camal Qaşıqçını öldürməkdə günahlandırılan 20 şəxsə qarşı məhkəmə qərarını verdikdən iki həftə sonra Xarici İşlər nazirinin yeni müavini təyin edilib.

Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın keçmiş müşaviri Səud əl-Qahtani və keçmiş kəşfiyyat rəisinin müavini Əhməd Asiri də Qaşıqçının qətlində şübhəli bilinənlərdəndir.

Səud əl-Qahtaniyə xaricdəki Səudiyyə müxaliflərini müəyyənləşdirmək və aradan qaldırmaq tapşırılıb.

Səudiyyəlilər Qaşıqçının sui-qəsd qalmaqalında Məhəmməd ibn Salmana bəraət qazandırmağa çalışırlar. BMT-nin Camal Qaşıqçının öldürülməsi ilə bağlı xüsusi məruzəçisi Gens Kalamard isə deyir ki, İstanbulda səudiyyəli müxalif jurnalistin işində əsas şübhəli Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandır:

“Bu cinayət Türkiyədə törədildiyi üçün bu ölkə işi araşdırmaq məcburiyyətindədir və əvvəllər də qeyd etdiyim kimi, Türkiyə Qaşıqçı işinin araşdırılmasında çox ciddi idi. Bu işdə qanun pozuntusuna dair heç bir dəlil almamışam”.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci ildə Qətəri terroru dəstəkləməkdə günahlandıraraq, Doha ilə bütün əlaqələrini kəsib, Qətərlə quru, dəniz və hava sərhədlərini bağlayıb. Qadağan edilmiş ölkələr Qətərlə əlaqələrin bərpa edilməsi üçün 13 şərt qoymuşdular, lakin Doha sanksiyaların bu iddiaların sübut edilməsi üçün inandırıcı bir səbəb olmadığını söyləyərək, bu şərtlərin ölkənin suverenliyini açıq şəkildə pozduğunu bildirib.
Bu şərtlərdən biri də Qətərin Türkiyə ilə bütün əlaqələrini kəsməsi idi.\\ovqat


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam