Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiyada referenduma 10 gün qaldı –Putin seçkiyə gedəcəyinə eyham vurdu

 

Rusiya Prezidenti Vladimir Putin deyir ki, rusiyalılar gələn ay konstitusiyaya dəyişikliyə səs versələr, o da seçkiyə qatılmağı nəzərdən keçirə bilər.

Yenixeber.org: Putinin dediklərini iyunun 21-də dövlət televiziyası yayıb və indiyədək o, niyyətini belə açıq ifadə etməmişdi. 10 gündən sonra, iyulun 1-də isə səsvermə keçirilməlidir.

Sözügedən ziddiyyətli dəyişiklik əvvəlki prezidentlik müddətlərinin sıfırlanmasını nəzərdə tutur. “Hələheç birqərarverməmişəm. Bu variant konstitusiyaya salınarsa, yenidən namizəd olmağı istisna etmirəm. Baxarıq”, – Rusiya xəbər agentliklərinin yaydığı mətndə belə deyilir.

Putin onu da bildirib ki, əgər seçkiyə qatılmamağa qərar verərsə, onda varis axtarışı hökumətin diqqətini işdən yayındırar. Görünür, ya Kreml Putin hakimiyyətdən gedəcəyi halda rəqib fraksiyalar arasında varislik çəkişməsindən ehtiyatlanır, ya da Kremlin nəzərində hakimiyyəti möhkəmləndirə biləcək siyasi fiqur yoxdur.

“Bu baş verməsə (yəni, dəyişiklik qəbul olunmasa – red.), onda iki ildən sonra – bunu şəxsi təcrübəmdən bilirəm, – hökumətin bir çox hissələrinin normal iş ritmi mümkün varisi axtarmaqla əvəzlənəcək”, – RIA-Novosti agentliyi onun belə dediyini yazır.

Yanvarda, Kreml rəsmilərinin bir neçə çəkən eyhamlarından sonra Putin konstitusiyaya dəyişiklik etməyə çağırdı. Ancaq ən ziddiyyətli dəyişiklik təklifini martda dəstəklədi. Həmin dəyişiklik qəbul olunarsa, Putin 2024-cü ildən sonra da, yəni, 2036-cı ilədək hakimiyyətdə qala bilər.

67 yaşlı Putin sovet diktatoru Iosif Stalindən sonra Rusiyada ən çox hakimiyyətdə qalmış liderdir.

2000-ci il prezident seçilən Puyin iki dəfə dörd il müddətinə bu postu tutub. Sonra postu Dmitri Medvedevə ötürərək özü baş nazir olub. 2012-cü ildə prezidentliyə qayıdan Putin yeni şərtlərlə iki dəfə hərəsi altı il müddətinə bu vəzifədə qalmaq imkanı əldə edib.

2018-ci ildə seçkini qazanandan sonra Rusiyaya göz qoyan müşahidəçilər Putindən gələn siqnalları diqqətlə izləyib. Onun real siyasi rəqibi olmasa da, son illər populyarlığı azalıb. İqtisadi problemlər və koronavirus pandemiyası durumu daha da çətinləşdirib. Ancaq rəy sorğularına görə o, ölkənin ən populyar siyasi xadimidir.

Konstitusiyaya dəyişikliklər üzrə səsvermə aprelin 22-nə planlaşdırılırdı, koronavirus məhdudiyyətlərinə görə iyulun 1-nə keçirilib. Bülletenə Putinə daha iki dəfə altı il müddətinə hakimiyyətdə qalmaq imkanı verə biləcək, eləcə də seçicilərin milli və nostaljik hisslərini hədəfləyən digər dəyişikliklər yer alıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam