Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Putin daha 12 il prezident ola bilər – Onun əvvəlki prezidentlik müddətləri sıfırlanır

Rusiya prezidenti Vladimir Putin ölkə Konstitusiyasına ediləcək düzəlişlərə əsasən yaradılması nəzərdə tutulan Dövlət Şurasına rəhbərlik etməyəcəyini bəyan edib. 

Yenixeber.org: Bununla da bir çox politoloqların tərəfindən Putinin prezidentlik müddəti bitdikdən sonra öz hakimiyyət səlahiyyətlərini saxlamaq niyyətilə məhz Dövlət Şurasına başçılıq edəcəyi ilə bağlı ehtimallarını təkzib edib. Putin ölkəyə münasib olmayan hakimiyyət sxeminin yaradılmasından çəkindiyini bildirib.

Ekspertlər hesab edir ki, Putin əslində 2024-cü il seçkilərindən sonra daha 12 il prezident olmaq niyyətindədir. Bu mülahizə onun əvvəlki prezidentlik müddətlərinin sıfırlanması təklifinə müsbət yanaşmasından sonra irəli sürülüb. Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, onun əvvəlki prezidentlik müddətlərinin sıfırlanması və növbəti seçkilərdə prezidentliyə namizəd olmasına icazə verən Konstitusiya dəyişikliyi həyata keçiriləcək. “Putin düşündü, daşındı, anladı ki, hətta ən zəif, ən iradəsiz adamı belə varis təyin etməyin riskləri var. 

Təminat yoxdur ki, həmin adam Rusiya Prezidenti kreslosuna əyləşdikdən bir müddət sonra real hakimiyyət rıçaqlarını öz əlinə keçirmək istəməyəcək. Bu halda isə Putinin və onun yaxın ətrafının taleyi, topladıqları hüdudsuz varidatın qorunması təhlükə altında qalacaq. Bu səbəbdən Putin qərar verdi ki, ən yaxşı variant hər hansı eksperiment aparmadan bu vəzifədə ömürlük qalmaqdır.

Rusiyanı çarizm dövrünə, samoderjaviye modelinə qaytaran bu mürtəce ssenarini ancaq rus xalqı poza bilər”, - deyə Şahin Cəfərli bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam