Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu ölkə kimlər üçündü?

                

  "Xeberinfo.com":  "Azərbaycanda kimin günü xoş keçir?" sualının cavabı cox da çətin deyil.Məmləkətdə kiçikdən- böyüyə kimdən soruşsan, fikirləşmədən, əlüstü o dəqiqə cavab verər. Sualın cavabını hamının verməsi,elə düşünməyin ki, insanların intellekt səviyyəsinin yüksək olmasıdır. Xeyir, bu qətiyyən belə deyil. Azərbaycanda gün-güzaranı yaxşı keçənləri  mən deyim, dəyərli oxucular siz də bilin.

    Birincisi, büdcədən maliyəşən dövlət strukturlarında çalışanlar.Mən paxıllıq etmirəm, hər bir insanın insan kimi yaşamaq haqqı var. Özü də halal yaşamaq. Halal yaşayanlar da üzdə olan, əli qabarlı insanlardı. Haramla, onun- bunun cibini soymaqla cah- cəlal düzəldənlər nə vaxtsa Allah və qanun qarşısında cavab verəcəklər. Təbii ki, buraya kitabxanalarda, teatrlarda, orta məktəblərdə ( direktorlar istisna olmaqla), tibb ocaqlarında ( buraya həkimlər daxil deyil) və s.çalışanlar aid edilmir.

   Ali təhsilli,işsiz, çörək pulunu daşdan çıxaran bir tanışım danışırdı ki, dərslərini zəif oxuyan kiçik oğlumu qabağıma qoyub danladım ki, a bala oxu, çörək sahibi ol. Qayıdıb nə desə yaxşıdır, "deyirsən oxuyum, mənim də çörəyim səninki kimi daşdan çıxsın? Tutalım sən dediyini eşidib oxudum, ali təhsil aldım, oldum direktor yox, müəllim. Zavallı müəllim nə qədər maaş alır ki? Direktor, bu başqa məsələ. Bir müəllimi işə düzəltmək üçün 4- 5 min manat alıb qoyardım cibimə. Dərs bölgüsü də öz yerində.məlumdur ki, mən direktor olmaq üçün 8-10 min manat, yox indi dollar manatı üstələdiyinə görə dollar verməliyəm."

   Keçək həkimə. Bizim sağlamlığımızın keşiyində "təmənnasız" duranları deyirəm.Onlara məvacib lazım deyil, onsuz da onlar gecə- gündüz xalqın cibindədirlər. Öldür,lap ayağına döşən yalvar, clbini silib-süpürməmiş çıxan deyillər. Onların da havadarı Oqtay Şirəliyevdir. Bu Oqtay müəllim ki, var and olsun Allahın birliyinə və böyüklüyünə, puldan-paradan yığıb. Əli İnsanov kimi dövlət çevrilişi- merilişi eləməsə ölənə kimi nazirdir ki. var. Axı bizdə məmur postu ölənə və türməyə basılana kimidir.Bu da dünyada analoqu olmayan bir şeydir.Bu sahədə sivil dövlətlər bizdən nümunə götürməlidirlər.Məncə,belə gözəl nümunədən vaz keçmək olmaz.  

    İndi də keçək hüquq-mühafizə orqanlarında çalışanlara.Bunların yaşayışına baxanda vallah adam az qalır havalana. a başına dönüm,adam nə qədər gözü doymaz olarmış.Oğulda 2 maşın, 3 villa, qızda 2 maşın, 4 villa, 3 arvadın hər birində 3 maşın, 3 villa.Hələ o biri qohum- əqrəbalarını demirəm. Bunlar xalqın hüquqlarını heç vaxt qorumayıblar. Əsil cinayətkarın əvəzinə, bir zavallının cibinə 5-10 qram narkotik maddə atıb.başqa birinin evinə silah, sonra da ailəmə car çəkiblər ki,bəs deməsənmi filankəs narkotik alverçisidir,filankəs də evini silah cəbbəxanası edib dövlət gevrişinə hazırlaşırmış. Belə- belə halal adamları, çörəyi alın tərindən çıxanları göndərirlər gedər-gəlməzə.       

   Bu məmləkətin büdcədən maliyyəşən bir qrup vətəndaşıda nazirlər,nazir müavinləri,komitə rəhbərləri, təyinatlı deputatlar və s-dir.Bunlar demək olar ki,respublikanın gəlir sahələrini öz əllərində cəmləşdiriblər.Əksəriyyəti qonşu ölkələrdə saya gəlməz daşınmaz əmlaka və banklarda yerləşdirdikləri böyük pul kütləsinə malikdirlər.Hətta torpaqlarımızın 20 faizini işqal edən, on minlərlə insanımızı xüsusi qəddarlıqla öldürən, şikəst edən  beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan ( saymayan) faşist Ermənistanda belə saraylar,villalar tikdirib, düşmənlə iş birliyi yaradıb,biznes qurublar.

   Bu şərəfsizlər. nadürüstlər,xalqın qanı ilə qidalananlar nə vaxtsa papaqlarını qabaqlarına qoyub, haqq dünyasını gözləri önünə gətiriblərmi? Ögeylik bəslədikləri, özlərininki saymadıqları, lazım gələrsə günü bu gün də satmağa hazır olduqları torpaq onları qəbul edəcəkmi? Hər şeyin, hər kəsin satılıb- alındığı məmləkətdə ancaq kasıba, çörəyi daşdan çıxana yer yoxdur.Varlı- hallı adam istədiyi yerdə hörmətlə- izzətlə dəfn olunacaq, həttda qəbri üstündə əzəmətli heykəli qoyulacaq, adına küçə, park salınacaq. Məmləkətdə gedən bütün bu haqsızlıq yükünü çiyinlərində gəzdirən, onun altından çıxmağa heç bir cəhd göstərməyən insan azad və sərbəst deyil.ağasına sadiq quldur, kölədir. O. heç vaxt,heç zaman zəngin yaşaya bilməz,günü xoş keçməz. Ölkənin yerüstü və yeraltı sərvətlərinin ancaq və ancaq yuxarılara məxsus olduğunu bilər. bu da diktaturanın,haqsızlığın illərcə yaşaması deməkdir.

  İnsan övladı. hakimiyyətdən torpaq haqqını ala bilmədin.heç olmasa insan kimi yaşamaq haqqını al.almağa qalxmasan, heç vaxt insan kimi yaşaya bilməyəcəksən.İldə iki dəgə məvacibinə.pensiyana artırılan 1-2 manata şükür edirsənsə,kasıb və özündən başqa heç kimə lazım olmayan ömründən kəsib, hakimiyyətin ömrünə calayırsansa, Allah sənin ömrünü kəssin,sən niyə yaşayırsan?

 

 

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam