Qarabağ bəyannaməsi -Ermənistanda siyasi zəlzələ effekti yaratdı
"Məlum olduğu kimi, 10 iyun 2020-ci ildə Avropa Parlamentində (AP) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edildi. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq prinsipləri ilə tam ziddiyət təşkil etməsi müddəası əksini tapdı".
Yenixeber.org: Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.
Adı çəkilən Bəyannamənin əhəmiyyəti və işğalçı ölkədə yaratdığı “siyasi zəlzələ”nin səbəbi nədir!?
Deputat sualı ətraflı şəkildə cavablandıraraq bildirib:
1) İlk dəfədir ki, beynəlxalq təşkilat, yəni Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənalı mətnlə pislənilir.
2) Bu bəyanat ilk dəfədir ki, Avropa Parlamentinin yalnız Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçisi Trayan Basesku və bundan başqa Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən qəbul edilir. Hələ indiyə kimi Ermənistan üzrə məruzəçi belə bir ədalətli, doğru və cəsarətli addım atmamışdı. Bu tarixi nailiyyət Trayan Baseskuya nəsib oldu. Mən onu ürəkdən təbrik edir və ona səmimi təşəkkürümü bildirirəm.
3) Adı çəkilən Bəyannamə münaqişə kontekstində verilir və Avropa Parlamenti Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətini bir daha ifadə edir. Sənəddə qeyd edilir ki, magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur.
4) Bununla bərabər sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr də öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq etimad və sülhün yaradılmasına əlavə təhlükələr yaradır.
Yuxarıda sadalanan faktları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, adı çəkilən Birgə Bəyannamənin müddəaları gələcəkdə Azərbaycan üçün yaxşı presedent rolunu oynaya bilər:
a) Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin, maddi resurslardan qanunsuz istifadə faktlarının pislənilməsi istiqamətində Avropa Parlamenti və digər qurumlar tərəfindən yeni sənədlər qəbul edilə bilər;
b) Birgə Bəyannamənin qəbul olunması erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən mədəni irsimizin təhrifi siyasəti, tarixi-mədəni abidələrimizin dağıdılması, dəyişdirilməsi və qanunsuz yollarla satışa çıxarılması faktlarının ifşası istiqamətində tədbirlərin görülməsi üçün də baza rolunu oynaya bilər.
Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ilk bu cür sənəd olan Avropa Parlamentinin birgə bəyannaməsi Ermənistanın uzun illərdir ki həyata keçirdiyi qanunsuz fəaliyyətlərinə AP-nin qətiyyətli və obyektiv münasibətinin ifadəsidir. Bu sənəd işğalçı ölkənin növbəti məğlubiyyəti, Azərbaycanın isə növbəti diplomatik uğurudur. Bu sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyasının konkret nəticəsi, dövlətimizə beynəlxalq aləmdə olan inam və etimadın göstəricisi, xarici siyasət idarəmizin, Brüsseldəki səfirliyimizin dövlət başçısının tapşırıqlarını peşəkar formada icra etməsinin ən yaxşı nümunəsidir. Bu həm də Azərbaycanın Parlament diplomatiyasının nailiyyətidir.