Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Braziliya-Azərbaycan əlaqələri müzakirə olunub

 

 İyunun 10-da Milli Məclisin Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirilib.
Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Müşfiq Məmmədli həmkarlarını salamlayaraq ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirildi ki, Braziliya dünyanın ən sürətli inkişaf edən ölkələrdən biridir.

Ölkəmiz Braziliya ilə münasibətlərin inkişafında maraqlıdır və bunun üçün kifayət qədər böyük potensial var. Deputat bildirib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Qeyd edildi ki, deputatların qarşılıqlı səfərləri əməkdaşlığı yeni mərhələyə qaldırılmasında mühüm rol oynaya bilər.

Müşfiq Məmmədli videokonfransda hazırda dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib. Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir. Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır, dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib.

Sonra Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının birinci vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiya səmimi görüş üçün minnətdarlığını bildirib, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırıb. O, parlament dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Videokonfransda Senatın Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kladio Kajado, Braziliya Respublikasının Azərbaycandakı səfiri Manuel Monteneqro, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov əməkdaşlığımızın siyasi, iqtisadi, humanitar əhəmiyyətini yüksək qiymətləndiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam