Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İrəvan çıxılmaz vəziyyətdə qalacaq“

 

"Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur"

"Xeberinfo.com":  "Trend" xəbər verir ki, bunu Tiflisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın inkişafına mane olmur, həm də İrəvanı çıxılmaz vəziyyətdə qoyacaq: "Çünki İrəvan belə şəraitdə irimiqyaslı regional layihələrdə iştirak edə bilmir".
O qeyd edib ki, əgər Ermənistan təcavüzkar siyasətindən əl çəksə, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi layihəsinin iştirakçısı ola bilər.
Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cümə axşamı iki günlük rəsmi səfərlə Gürcüstana gedib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam