Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"NƏDƏN İQTİSADİYYATI PİS GÜNƏ QOYDULAR?" - "Və nədən karantin hər yerdə ləğv edilir?!"

 

                   

                               “Anlayan var bu işin məntiqini? Yəni, normal anlayan?”

Yenixeber.org: Karantin rejiminin yumşaldılması və bunun Azərbaycandakı əks-sədası ilə bağlı müxtəlif fikirlər var.  Real Partiyasının icra katibi Natiq Cəfərli mövcud durumla bağlı tərəddüdləri olduğunu bildirib.

Onun sözlərinə görə, hansı ölkənin ilk olaraq karantin tədbirlərinin məntiqsiz olduğunu etiraf edib öz vətəndaşlarından üzr istəyəcəyi sual yaradır:“Əgər bu virusun yayılma sürəti deyilən kimidirsə (hər yoluxan, azı 7-10 nəfərə virus yaydığı deyilir), o zaman indi karantin tədbirlərinin azaldılmasının mənası nədir?! Yəni, hər bir şəhərdə (bölgədə) 10 nəfər (lap az say götürək) virus daşıyıcısı qalacaqsa və karantin olmayacaqsa, həndəsi silsilə ilə həmin şəhərdə (və ya bölgədə) 1 aydan sonra hamı yoluxacaq axı?! Yaxşı, belədirsə nədən karantin hər yerdə ləğv edilir?! Yox, virusla yaşamaq mümkün idisə nədən karantin tədbirləri ilə dünya iqtisadiyyatını pis günə qoydular, nə səbəbə karantin rejiminə keçdilər?!”

N.Cəfərlinin sözlərinə görə, 2 ay öncə bütün dünyada karantininin tətbiq edilməsinin səbəbləri olub. Bu, xəstə sayının sürətlə artmamasına və səhiyyə sisteminin gərginlikdən qurtulmasına, reanimasiyada yerlərin tez dolmamasına hesablanmışdı: “Bunu anladıq, bəs axı indi də virus yerində, dərmanı yox, vaksini yox, xəstə sayı da çox – indi o zaman nədən karantin hər yerdə yumşaldılır?! Bu işin məntiqi nədir bəs o zaman?! Dolamısız insanları?! Düşündükcə daha çox cavabsız sullar yaranır, bəlkə mən nəyisə doğru anlamıram?! Anlayan var bu işin məntiqini?! Yəni, normal anlayan, Mason, çip zad söhbətini salmadan anlayan, anlada bilən varmı?! Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?!”


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam