Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RUSİYA DA ÜZ ÇEVİRDİ –Çin meydanda tək qalacaq?

 Dünyada pandemiyaya çevrilmiş yeni tipli koronavirus xəstəliyinin yayılması ilə bağlı müstəqil hüquqi təhqiqat aparılması çağırışını dəstəkləyən 100-ə yaxın ölkənin sırasına Rusiya da qoşulub.

Yenixeber.org: Avropa İttifaqı tərəfindən hazırlanan qanun layihəsinin Ümumdünya Səhiyyə Təşkilatının ən yüksək səviyyəli qərar orqanı olan Ümumdunya Səhiyyə Şurasının bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək illik iclasına təqdim ediləcəyi gözlənilir.

CNN televiziyası məsələni aktuallaşdıran ilk ölkə olan Avstriyanın çağırışı əsasında hazırlanan layihəni Pekinin ənənəvi müttəfiqi olan Moskvanın da dəstəkləməsinin kritik əhəmiyyət daşıdığını və bunun Çinin meydanda tək qalmasına səbəb ola biləcəyini vurğulayıb.

Çin salğının çıxış mənbəyi və yayılmasından sonrakı mövqeyinin təhqiq edilməsini tələb edən Avstriyanı “məsuliyyətsizlikdə” ittiham edib və bunun “epidemiya ilə mübarizə üçün əməkdaşlığı baltalayacağı” barəsində xəbərdarlıq edib.

Aparılacaq təhqiqatın epidemiyanın haradan başlandığı, Çinin xüsusilə ilk günlərdə xəstəliklə bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələri aşkara çıxaracağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam