Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tacikistan prezidenti hakimiyyəti oğluna ötürür-FOTO

 Yenixeber.org: 1994-cu ildən Tacikistana rəhbərlik edən İmaməli Rəhman hakimiyyəti 32 yaşlı oğlu Rüstəm İmaməliyə ötürür. Bu haqda politoloq Xaqani Cəfərli özünün FB səhifəsində yazıb:

Tacikistanda da hakimiyyətin ötürülməsinə start verildi.

Rusiyanın təsir dairəsində olan postsovet ölkələrindəki avtoritar rejimlərin hakimiyyəti ailə üzvülərinə ötürmək növbəsi Tacikistana çatıb. 1994-cu ildən Tacikistana rəhbərlik edən İmaməli Rəhman 32 yaşlı oğlu Rüstəm İmaməlini parlamentin rəhbərliyinə gətirib. Bununla hakimiyyətin Rüstəm İmaməliyə ötürülməsi prosesində önəmli addım atılıb. Milli Məclisin yuxarı palatasının sədri seçilməklə Rüstəm İmaməli ölkədə ikinci şəxsə çevrilib. Prezident olan atası İmaməli Rəhmanın səlahiyyətlərini icra edə bilmədikdə dövlət başçısının səlahiyyətləri avtomatik olaraq parlamentin yuxarı palatasının sədri olan Rüstəm İmaməliyə keçəcək.
68 yaşlı İmaməli Rəhmanın səhhətində ciddi problemlər olması ilə bağlı məlumatlar ötən ildən yayılmağa başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam